DünyaSiyasət

Proseslər çox sürətlə baş verir. Hələ İran məsələsi nəticələnməmiş Kuba məsələsi gündəmə gəlib.

Kuba keçən noyabrdan bəri ciddi yoluxucu xəstəliklə boğuşur. Deyilənə görə, hazırda xəstəliyə yoluxanların sayı 40 mini keçib və vəziyyət kritik görünür. Bu azmış kimi Venesuelanın təzə rəhbərliyi Kubaya neft satışını da dayandırır.

Venesuela Kubanın neft ehtiyacının təxminən 50%-ni təmin edirdi. Noyabrda idxal olunan neftin həcmi gündəlik 27 min barelə enmişdi (2024-lə müqayisədə 15% azalma). Meksika da Kubaya ixracı gündəlik 5 min barelə endirmişdi (2024-lə müqayisədə 74% azalma).

Venesuelanın çəkilməsi Meksikanı əsas ixracatçıya çevirib. Amma onlara da necə hədə-qorxu gəliblərsə, prezident açıqlama verib ki, “Kubaya bir barel də artıq satmayacağıq”.

Kuba idxal etdiyi nefti əsasən elektrik istehsalı və yanacaq üçün istifadə edirdi. Noyabrdan etibarən ölkədə 8-9 saatlıq enerji kəsintiləri meydana gəlir. Deyilənə görə yanacaq stansiyalarının 1/3-i çatışmazlıq səbəbilə fəaliyyətini dayandırmaq üzrədir.

Kubanın digər əsas gəlir mənbəyi turizm idi. Məlumatlara görə 2019-da 4.2 milyon turist qəbul edən ölkəyə 2023-də cəmi 2.4 milyon turist gəlib. Son 2 ildə isə bu rəqəm daha da azalıb.

Venesueladan gələn neftin tam dayanması ilə Kuba üçün daha da ciddi problemlərin yaranacağı görünür.

 

Araz Əliyev

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Polşaya atılan raket bu ölkəyə məxsusdur” – Duda

redaktor

“Mən onu seçdim, bəs siz?” – Quliyev Əliyevi dəstəklədi

redaktor

“Rusiyanı uduzması üçün 6 “kəşfiyyatçı” göndərilib” – FOTO

admin