DünyaSiyasət

Tramp və Zelenski Davosda 800 milyard dollarlıq müqavilə imzalayacaqlar

“The Telegraph” qəzeti mənbələrə istinadən xəbər verir ki, Vladimir Zelenski və Donald Tramp Davosda dünya liderlərinin görüşündə Ukraynanın “çiçəklənməsi” və müharibədən sonrakı bərpası ilə bağlı 800 milyard dollarlıq müqavilə imzalamağı planlaşdırırlar.

Nəşrin mənbələrinə görə, Ukrayna prezidenti həm iqtisadi rifah planını, həm də müharibədən sonrakı təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanı yekunlaşdırmaq üçün gələn həftə Ağ Evə səfər etməyi ümid edirdi.

Məqalədə deyilir: “Lakin, “könüllülər koalisiyası”ndan olan avropalı tərəfdarları onu getməkdən çəkindirdilər və Trampla görüşmək üçün daha uyğun alternativ kimi Dünya İqtisadi Forumunu təklif etdilər. Rəsmilərin sözlərinə görə, plan görüşdən Rusiya ilə müharibəyə son qoymaq təklifinin əsas komponenti olan iqtisadi razılaşmanı yekunlaşdırmaq üçün istifadə etmək idi”.

Qeyd olunur ki, sülh danışıqlarında iştirak edən Aİ rəsmiləri Zelenskini ABŞ prezidenti ilə danışıqlara tələsməməyə çağırıblar, çünki onlar Zelenskinin hazırda Kiyev üçün əlverişli şərtlərlə müharibəyə son qoymaq istəklərini dəstəklədiyinə inanırlar.

Çiçəklənmə Planı, Ukraynanı yenidən qurmaq və iqtisadiyyatını yenidən başlatmaq üçün on il ərzində təxminən 800 milyard dollar toplamağı hədəfləyir:

“Kiyev ümid edir ki, ABŞ prezidenti müharibədən sonrakı yenidənqurma işlərində, xüsusən də Trampın üstünlük verə biləcəyi layihələrdə Vaşinqtona pay təklif etməklə möhkəm təhlükəsizlik zəmanətləri verməyə daha çox hazır olacaq.”
Saziş ötən il imzalanmış və Amerika investorlarına Ukraynadakı gələcək mədən layihələrinə güzəştli giriş imkanı verən mineral sazişi ətrafında qurulub. Trampın sülh elçisi Stiv Vitkov sazişi son bir neçə ay ərzində danışıqlar apardığı ümumi atəşkəs paketinin vacib bir hissəsi kimi qiymətləndirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Çavuşoğlu: Azərbaycan-Türkiyə münasibətləri zirvədədir

redaktor

Təyyarədə ŞOK OLAY: qadını əqrəb sancdı

redaktor

18 yaşlı gənc özünə respublika yaratdı, prezident oldu – FOTO

redaktor