Tramp nəhayət ki, Rusiyaya qarşı növbəti ağır sanksiya qanun layihəsinə yaşıl işıq yandırdı. Bura Rusiya nefti, qaz, uran, neft məhsullarını alan ölkələrdən idxala 500% tarif tətbiq etməyi nəzərdə tutur. Çox miqyaslı və təsirli tətbiqidir. Demək olar ki Rusiyanı iqtisadi blokadaya salır.
Dünən də ABŞ-ın Rusiya (Mariner) neft tankeri həbsi əməliyyatı Kremli “şok” etdi; Rusiyayanın kömək üçün sualtı qayıq və digər hərbi gəmilər göndərmə təhdidlərini belə ABŞ vecinə almadı. Rusiya gəmiləri kənardan həbsə baxaraq qalıb.
Tramp həmin o tankeri 29 nəfər heyət birlikdə ələ keçirdi və indi, ABŞ sanksiyalarını aşmaq sxemlərində iştirak etdiklərinə görə mühakimə olunacaqlar, özü də deyilənə görə 20 il işə kimi.
Putindən Trampın son kəskin hərəkətlərinə heç bir reaksiya olmayıb və çətin ki, olsun. Səbəbsə Rusiyanın Ukrayna basqısıdır: 4 ildə etdiyi qanlı dağıntı işğal qarşısında nə desin? Heç Kremlin BMT-yə müraciət üçün də üzü yoxdur. Bilməli idi ki, etdiyi özbaşınalıqlar bir gün ona qarşı edilər.
Ukrayna yanlışından əvvəlki dövr, Suriya yaxud, Venesuelaya da qarşı bunlar edilsəydi dünyanı dağıdar, siyasi və hərbi hərəkətə də keçərdi. Və artıq, ABŞ İrana da basqı etsə bu cür susacaq. Beynəlxalq hüququnu da çökdürərək dilini qısa etdi, hərbi potensialını da çökdürdü Ukraynada.
P. S. Son məlumata görə İran etirazçıları artıq Kərac şəhərini də ələ keçiriblər. Xəzər altında yerləşir, Tehrandan Qərbi Azərbaycana tərəf, əhalisi 1,5 milyondur, əksəriyyəti Və ınubi Azərbaycanlıdır. Görünür, güneyli soydaşlar da qoşulub, etiraza.