Son saatlarda Donald Tramp çıxış edərək elan etdi ki, Maduronun devrilməsindən sonra ABŞ hakimiyyətin ötürülməsinə qədər Venesuelanı idarə edəcək. O, həmçinin bildirib ki, V. Putinlə Venesuela məsələsini əsla müzakirə etməyib və ümumiyyətlə, həmkarı Putindən narazıdır, çünki o, bu ara həddindən çox insanı qətl edir.
“Təhlükəsiz, nizamlı və ağıllı şəkildə hakimiyyət keçidini həyata keçirə bilənə qədər ölkəni idarə edəcəyik”, – deyə Tramp Mar-a-Laqoda keçirilən mətbuat konfransında bildirib. O, bu “çox uğurlu əməliyyatın Amerika suverenliyini təhdid edən və ya, Amerika həyatını təhlükəyə atan hər kəs üçün xəbərdarlıqdır!” deyə, dünyaya bəyan edib.
Bu hücumun hüquqi əsası kimi belə deyilir, ABŞ 2020-ci ildə Maduro, digər Venesuela rəsmiləri “narkoterrorizm” törətməklə ittiham olunurdular. Lakin şənbə günü ABŞ Ədliyyə Nazirliyi Maduro və həyat yoldaşı Siliyaya qarşı yeni ittiham aktı yayımladı. Sonra Maduro rejimini ABŞ-ı kokain ilə dolduran narkotik qaçaqmalçılığı şəbəkəsini dəstəkləyən “korrupsiyalaşmış, həm qanunsuz hökumət” adlandırdı.
Son məlumata görə Rusiya ABŞ-dan Maduronu və həyat yoldaşını azad etməsini istəyib. ABŞ- dan isə cavab gəlməyib… Yəqin, ona da Bəşər Əsədin, ya Viktor Yanukoviçin yanında yer verir.
Tramp Maduronun gözləri bağlı qolları qandallı halda gəmidə ABŞ-a aparılarkən idman geyimli şəklini öz Truth Social hesabında paylaşıb. Və belə görünür ki, doğrudan yatağından aparıblar.
P. S.
Dünyadakı hadisələr yeni ildən sürətlə inkişaf edir. Putinin onun iqamətgahına dronla qəsd adı ilə Ukrayna sülh danışıqlarından çıxması. İrandakı kütləvi etirazlar və Trampı bu rejimi
hədələməsi, indi də Venesuela hadisəsi. Görək nə olur, hansı məcaraya yönəlir bu proseslər?
