DünyaGündəmSiyasət

Maduronun sonu: Dünya diktatora  toxunulmazlıq tanımadı

ABŞ, Kanada, Yaponiya, Avstraliya, Avropa İttifaqı ölkələri və Venesuelanın qonşuları olan Latın Amerikasının 11 ölkəsi Maduronu 2018-ci ildən prezident olaraq qəbul etmir.

Dünyanın 60-a yaxın ölkəsi rəsmən müxalifəti (Juan Guaido və sonrakı liderləri) legitim rəhbər kimi tanıdı. 2020-ci ildə isə Maduro narkoterrorizm, korrupsiya, narkotik ticarəti və kartellərlə əməkdaşlıq maddələri ilə ittiham edilib.

Odur ki, “Dövlət Başçısı Toxunulmazlığı” məsələsi Maduroya aid deyil. Cinayətkar cinayətkar kimi həbs edildi. Və dünya növbəti diktatordan qurtuldu.

Hər dəfə İraqı, Suriyanı misal gətirməyə ehtiyac yoxdur. İraq xalqı qorxulu Səddam rejimindən 100 dəfələrlə yaxşı günə çıxıb. Suriya da düzələcək inşallah, yeni hakimiyyətin əvvəli nə olubsa olub, hazırda düzgün yolda irəliləyir.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Ceyhun Əsgərov: Bir saata həyatdan gedəcəm

admin

Rusiya əks-hücuma keçdi – Ağır döyüşlər gedir

redaktor

“Şimal axını” bərpa edilir iddiası – Rusiyaya qarşı sanksiyalar yumşalır?

admin