3 yanvar Trampın sevimli günüdür, 3 yanvar 2020-ci ildə həm də Qasım Süleymanı…, düz 5 ildən sonra isə Maduro…
Son xəbərlər, vacib bəyanatlar və maraqlı xatırlatmalar
ABŞ Baş Prokuroru Pem Bondi: Nikolas Maduroya qarşı narkoterr*rizm, kokainin ABŞ-a ixracı, pulemyotların və dağıdıcı qurğuların saxlanması ittihamları irəli sürülüb. Yaxın zamanda onlar Amerika torpağında və Amerika məhkəmələrində ABŞ ədalətinin bütün sərtliyi ilə üzləşəcəklər
Çin XİN: Çin dərin sarsıntı hissi keçirərək ABŞ-ın Venesuelaya zərbələri və onun prezidentinə qarşı davranışları şiddətlə qınayır
Rusiya XİN: Rusiya qətiyyətlə Venesuelanın qanuni seçilmiş prezidentini və həyat yoldaşını azad etməyə çağırır
Maraqlı xatırlatmalar silsiləsindən:
1 noyabr 2025-ci il Rusiya Dövlət Dumasının deputatı Juravlyov: “Amerikalıları sürpriz gözləyə bilər, Rusiya Venesuelaya “Oreşnik” verməyi nəzərdən keçirdir
