DünyaSiyasət

İranda etirazlar: Rejim dəyişikliyi yoxsa milli haqlar mübarizəsi?

Rialın dollar qarşısında rekord səviyyədə dəyər itirməsi ilə Tehranda ticarətçilərin başlatdığı etiraz dalğası digər əyalətlərə də yayılıb.

Lakin Azərbaycan türkləri, kürdlər, bəluclar, ərəblər və türkmənlər kimi qeyri-fars millətlər bu aksiyalara qoşulmayıblar. Çünki iqtisadi zəmində başlayan etirazlar qısa müddətdə siyasi müstəviyə keçərək keçmiş Pəhləvi tərəfdarları ilə mövcud Molla rejimi arasında güc mübarizəsinə çevrilib.

Çürümüş molla rejimindən bezən farsların bir qismi nicatı Pəhləvi ailə rejimində axtarır.

Keçmiş inqilablardan dərs çıxaran qeyri-fars millətlər artıq sadəcə bir “rejim dəyişikliyi” ssenarisində alət olmaq istəmirlər. Onlar üçün əsas məsələ təkcə hakimiyyətin dəyişməsi deyil, öz milli haqları, kimlikləri və suverenlikləridir.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

İsrail “Hizbullah”ın hədəflərini bombalayır – SON DƏQİQƏ

redaktor

Almaniya prezidenti Ukraynaya səfərində bir saat sığınacaqda qaldı – OLAY

redaktor

“Ukrayna avqustun sonuna qədər Krımı azad edəcək…”

admin