26 C
Bakı
28 Sentyabr 2026 15:31
DünyaGündəmSiyasət

Hüququ güclülər yazırsa – Bu dünya hara gedir?

Maduro xalqına zülm edirdimi? Edirdi. Maduro öz ölkəsinin qanunlarını və Ana Yasasını ayaq altına atıb, hakimiyyəti qəsb etmişdimi? Etmişdi. Diktator Maduronun üsul-idarəsi xalqın iradəsinə qarşımı idi? Bəli, qarşı idi. Maduronu devirmək üçün xalqın gücü yetmirdimi? Yetmirdi!

Amma ABŞ və Tramp Maduronun diktator və qəsbkar olduğuna görə, xalqına zülm etdiyinə görə oğurlamadı, Amerikanın imperialist maraqlarına xələl gətirdiyinə görə girov götürdü. ABŞ-ın bu siyasi qərarı tam bir rəzalət və beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Bir dövlət başçısı obirisini oğurlatdıra bilməz – diktator olsa belə.

Maduronun hakimiyyətdən kənarlaşdırılması yalnız BMT-nin Təhlükəsizlik Şurasının qərarına əsasən baş verə bilərdi. Və yaxud beynəlxalq tribunalın qərarı əsasında! Belə bir qərar yoxdur.

Deməli, ABŞ növbəti dəfə beynəlxalq cinayət törədərək, beynəlxalq hüququ ciddi şəkildə pozub və dünyada olduqca təhlükəli presedent yaradıb. Bundan sonra, hansısa dövlət başçısı digərindən xoşu gəlmirsə qətlə də yetirə bilər, oğurlatdıra da bilər, edam da etdirə bilər…

Ortaəsrliyə sürətlə yuvarlanırıq!

 

Eynulla Emin Fətullayev

Tacxeber.com

Oxşar xəbərlər

İslam birliyi: Azərbaycandan tələb edilən, Azərbaycana göstərilməyən həmrəylik?

redaktor

Liman istiqamətində gözlənilməz zərbə: Ukrayna Rusiyanın planını pozdu

redaktor

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor