ABŞ Dövlət katibinin müavini Kristofer Landau Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən ələ keçirilməsi ilə bağlı şərh verib.
“Venesuela üçün yeni bir dövr! Tiran məğlub oldu. İndi o, nəhayət ki, cinayətlərinə görə ədalət qarşısında cavab verəcək”, – deyə o, sosial mediada yazıb.
Xatırladaq ki, bu yay ABŞ hakimiyyəti Maduronun həbsinə səbəb olan məlumata görə 50 milyon dollar mükafat vəd etmişdi.