HadisəMuharibə

Xersona dron zərbəsində 27 nəfər həlak olub

Ukraynanın Xerson vilayətinin Rusiyanın nəzarətində olan hissəsinə dron hücumu nəticəsində qurbanların sayı 27-yə çatıb. Həlak olanlar arasında iki azyaşlı uşaq da var. Məlumatı Rusiyanın İstintaq Komitəsi yayıb.

31 nəfər, o cümlədən beş uşaq xəsarət alıb. Onlar Xerson vilayəti və ilhaq olunmuş Krımda müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Xersonun “Most” portalı xəbər verib ki, Xorlı kəndində “Ukrayna Evi” restoranı və “Leo” oteli hədəfə alınıb. Rusiya Federasiya Şurasının üzvü Dmitri Roqozin və hərbi bloqer Aleksandr Şeptura yanğın yerindən görüntüləri paylaşıb. Şepturanın sözlərinə görə, Rusiya hərbçiləri də yanğının söndürülməsi zamanı həlak olub.

İstintaq Komitəsinin bildirdiyinə görə, yanvarın 1-nə keçən gecə binada azı 100 nəfər olub. Komitə əlavə edib ki, təhqiqatçılar bir neçə dronun fraqmentlərini götürüblər. Rusiyanın təyin etdiyi region rəhbəri Vladimir Saldo isə hücumu üç dronun gerçəkləşdirdiyini, birində yandırıcı maddə olduğunu deyib.

Saldo yanvarın 1-də Rusiya prezidenti Vladimir Putinə telefonla durum barədə məlumat verib. O, hücumu “qəddarlıq, insafsızlığa görə 2014-cü il mayın 2-də Odessada insanların yandırılmasına bərabər” adlandırıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Dmitro Lixoviy isə Ukrayna hərbçilərinin bu hücumla əlaqəsi iddialarını təkzib edib. “Ukrayna müdafiə qüvvələri beynəlxalq humanitar hüquq normalarına sadiqdir, yalnız düşmənin hərbi hədəflərinə, Rusiya Federasiyasının yanacaq-energetika kompleksinə, digər qanuni hədəflərə zərbələr endirir”, – o deyib. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Ukrayna dronu ilə toqquşma iddiası gülüncdür, bu, uşaq nağılıdır”

redaktor

“Liverpul” “Real”a qalib gələ bildi.

admin

1,3 milyon dollara satılan balıq

admin