Prezident bildirib ki, 80 milyard valyuta ehtiyatımız var. Bu pul nə üçün saxlanılır? Bundan da dar gün olacaq? Onun 40 milyardına rahatlıqla 100 zavod-fabrik açmaq olar. Ölkədə demək olar ki, hər şey idxaldır; istehsal olunsa, faktiki olaraq rəqibi də yoxdur.
İqtisadiyyatı milliləşdirmək üçün zəncirvari şəkildə sıfırdan başlamaq lazımdır. Sadə bir misal: 1 milyon inəyi yemlə təmin edəcək sistem üçün 3 yem zavodu + logistika + anbarlar ən uzağı 500 milyon dollara başa gəlir.
Sonra zəncir davam edir. Dərisindən: ayaqqabı, çanta, kəmər, avtomobil oturacağı kimi ayrıca fabriklər.
Südündən və ətindən də ayrıca emal müəssisələri.
İqtisadiyyat məhz belə milliləşir. İnək sadəcə ağlıma gələn nümunədir.
Amma bir şərtlə: bu müəssisələrin başına məmur qoyulmamalıdır. Yeyinti qaçılmaz olacaq. Bunu Sovet dövründə də, sonrakı illərdə də gördük.
Müəssisələr vətəndaşlara açıq səhmli olmalıdır. Coca-Cola, McDonald’s tipli idarəetmə modeli kimi. Minlərlə insan payçı olanda oğurluq gizlənmir.
Dövlət iqtisadiyyatdan toplanan vergilər hesabına qoyduğu vəsaiti mərhələli şəkildə geri qaytarır və sonradan da davamlı gəlir əldə edir.
