28 C
Bakı
14 Avqust 2026 11:01
DünyaGündəmHadisə

İsveçrədə dağ-xizək kurortunda partlayış olub. Ölənlər var

İsveçrənin Kran-Montana dağ-xizək kurortundakı “Le Constellation” barında partlayış və sonrakı yanğın nəticəsində azı 40 nəfər ölüb, təxminən 100 nəfər yaralanıb.

“Reuters”in məlumatına görə, partlayış yerli vaxtla saat 01:30 radələrində Yeni ilin gəlişinin qeyd olunduğu barda baş verib. Polis rəsmisinin sözlərinə görə, hadisə zamanı içəridə 100-dən çox insan olub.

Hüquq-mühafizə qurumları partlayışın mənbəyinin araşdırıldığını bildiriblər. Jurnalistlərin məlumatına görə, partlayışa pirotexnikadan istifadə səbəb ola bilərdi.

Barın ətrafı mühasirəyə alınıb, ərazi üzərində uçuşlar qadağan edilib. RTS telekanalının xəbərinə görə, İsveçrənin cənub-qərbindəki xəstəxanalar “ağır yanıqları olan xəstələri” müalicə etmək üçün səfərbər olunub.

Kran-Montana kurortu İsveçrə Alp dağlarının mərkəzində, Vale kantonunda yerləşir. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Kiyev Moskvaya Qara dənizdə atəşkəs təklif etdi

redaktor

Hörmüz boğazıyla bağlı gərginlik azalmır

redaktor

“Məkkə sazişi” və Azərbaycan – Bakı yeni bloka qoşulmalıdırmı?

redaktor