21 C
Bakı
30 Sentyabr 2026 21:39
DünyaMuharibə

Yeni il gecəsi də hücumlar dayanmır – Zelenski açıqladı

Bu gecə Ukrayna ərazisinə 200-dən çox zərbə dronu buraxılıb. Hədəflər enerji infrastrukturu olub.

Tacxeber.com News24.az-a istinadənxəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, dronların böyük hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Hücumlar Volın, Rivne, Zaporojye, Odessa, Sumı, Xarkov və Çerniqov vilayətlərinə yönəlib.

“Qətllər dayandırılmalıdır — həyatın qorunmasında fasilə ola bilməz. Əgər zərbələr hətta Yeni il bayramlarında da dayanmırsa, deməli, hava hücumundan müdafiə sistemlərinin tədarükü də gecikdirilə bilməz. Müttəfiqlərin əlində çatışmayan avadanlıqların nomenklaturası mövcuddur. Ümid edirik ki, dekabrın sonunda ABŞ-lə müdafiəmiz üçün razılaşdırdığımız bütün məsələlər vaxtında həyata keçiriləcək”, – o vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan–Türkiyə münasibətlərində görünən və görünməyən həqiqətlər

redaktor

Bu gün səhər saatlarındakı təyyarə insidenti

redaktor

Kürdüstan xəritəsini kimlər və nə üçün gündəmə gətirir?

redaktor