DünyaHadisəSiyasət

Ukrayna Hərbi Kəşfiyyatının ağlasığmaz əməliyyatı

Rusiya Könüllülər Korpusunun (RKK) komandiri Denis Kapustin sağdır. Onun ölümünün Ukrayna kəşfiyyatının xüsusi əməliyyatı olduğu üzə çıxıb. Rusiya Könüllülər Korpusunun (RKK) komandiri Denis Kapustin Rusiya pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olmayıb; Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi onun sağ olduğunu açıqlayıb.

Yanvarın 1-də kəşfiyyat agentliyinin saytında “Rusiya xüsusi xidmət orqanlarının uğursuzluğu” başlıqlı xəbər yayılıb. Agentliyin bəyanatında deyilirdi ki, Rusiya kəşfiyyatı Kapustinin öldürülməsinə göstəriş verib və bu məqsədlə 500 min dollar ayırıb. Kəşfiyyat orqanı bir ay davam edən xüsusi əməliyyat keçirib və bu əməliyyat Kapustinin həyatını xilas etməyə müvəffəq olub, cinayəti sifariş edən və həyata keçirən şəxsləri müəyyən edib.

Ukrayna kəşfiyyatının rəhbəri Kiril Budanov Kapustini “həyata qayıtması münasibətilə” video link vasitəsilə təbrik edib. “Bu, həmişə xoşdur. Sevinirəm ki, sizin qətlinizin sifarişinə görə alınan vəsait bizim mübarizəmizə dəstək olub”. “Mən hamımıza və şəxsən sizə uğurlar arzulayıram” – deyə, Budanov bildirib.

Dekabrın 27-də RKK, Nikitin və White Rex təxəllüsləri ilə tanınan Denis Kapustinin Zaporojye yaxınlığında Rusiyanın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürüldüyünü bildirmişdi. Ukrayna kəşfiyyat orqanları əvvəllər də oxşar xüsusi əməliyyatlar keçirib. Məsələn, 2018-ci ildə Ukrayna mediası jurnalist Arkadi Babçenkonun Kiyevdə kürəyindən üç güllə ilə öldürüldüyünü xəbər vermişdi. Lakin elə ertəsi gün Ukrayna Təhlükəsizlik Xidməti Babçenkonun sağ olduğunu elan etmişdi. Agentlik sui-qəsd cəhdi ilə bağlı əvvəlcədən məlumat almış və qətlin qarşısını ala bilmişdi.

Bu dəfə də Kapustinin “ölümü” ilə bağlı xəbərlər yayılmışdı. Rusiya Könüllülər Korpusu onun komandiri Denis Kapustinin öldüyünü bildirmişdi. Dekabrın 27-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən Rusiya vətəndaşlarından yaradılmış Rusiya Könüllülər Korpusunun komandiri, Nikitin və White Rex ləqəbləri ilə tanınan Denis Kapustinin öldüyü barədə məlumat yayıb. Keçmiş futbol azarkeşi və ifrat sağçı fəal Kapustin müharibənin üç il yarımı ərzində Rusiyanın sərhəd bölgələrində çoxsaylı yüksək profilli təxribat əməliyyatlarında iştirak edib və öz ölkəsində iki dəfə ömürlük həbs cəzası alıb. RKK-nin məlumatına görə, o, Rusiya pilotsuz təyyarəsinin zərbəsi nəticəsində “döyüş tapşırığını yerinə yetirərkən” həlak olub. Amma indi məlum olur ki, o, sağ imiş. Bu, Ukrayna kəşfiyyatının “hörümçək toru” əməliyyatından sonra ruslara vurduğu növbəti misilsiz zərbədir.

 

Dadaş Əhmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Zelenski kişiləri Ukraynaya qayıtmağa çağırıb

redaktor

Moskvada hərbi hissə yanır – VİDEO

redaktor

Pakistan baş nazirinin telefon danışıqları satışa çıxarıldı

admin