24 C
Bakı
16 Oktyabr 2026 14:03
DünyaMuharibə

Ukrayna razılaşdı: qoşunlarını Donbasdan geri çəkəcək

Ukrayna hakimiyyəti Donbasdan qoşunların qarşılıqlı çıxarılması və orada azad iqtisadi zonanın yaradılması məsələsini referenduma çıxarmağa hazırdır.

Tacxeber.com bildirir ki, bu barədə prezident Volodimir Zelenski Fox News-a verdiyi müsahibədə deyib: “(Qərar verilərsə), biz bir neçə kilometr geri çəkilməli olacağıq. Rusiya da geri çəkilməli olacaq”, – deyə Zelenski bildirib. “Bu azad iqtisadi zonanın müəyyən qaydaları olacaq. Referendum isə onu yaratmaq və ya yaratmamaq barədə qərar vermək üçün bir yoldur.”
Volodimir Zelenski vurğulayıb ki, Ukrayna referendumun təsdiqi olmadan əraziləri güzəştə gedə bilməz, çünki hakimiyyətin belə bir səlahiyyəti yoxdur – yalnız bütövlükdə əhali. Lakin o, ukraynalıların referendumda bu təklifi dəstəkləməyəcəyinə inanır.

Ukrayna prezidenti həmçinin müsahibəsində Kiyevin hazırladığı 20 maddəlik sülh planının Qərb tərəfdaşları ilə demək olar ki, 100% razılaşdırıldığını bildirib. O, əlavə edib ki, ərazi bəndi problemli məsələ olaraq qalır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Hindistan və Çin Mərkəzi Asiyada hərbi nüfuz uğrunda yarışır

redaktor

Türkiyənin Hakan Fidan ayıbı

redaktor

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor