“Floridada Prezident DonaldTramp-Volodimir Zelenski danışıqlarının nəticəsiz bitməsi onu göstərir ki, Amerika prezidenti əməli fəaliyyətlə yox, boşboğazlıq və ucuz şou ilə məşğuldur”.
Tacxeber.com xəbər verir ki, bu barədə professor Qulu Məhərrəmli “Facebook” səhifəsində yazıb.
Dünən Trampın Floridadakı iqamətgahəında keçirilən növbəti ABŞ-Ukrayna danışıqlarına münasibət bildirən Məhərrəmli vurğulayıb ki, Amerika lideri Putin faktorundan əməlli-başlı çəkinir.
“Onun mətbuat konfransında səsləndirdiyi “Rusiya Ukraynanın yenidən qurulmasına kömək edəcək… Putin Ukraynaya ucuz elektrik enerjisi vermək istəyir” fikirləri müasir dünyada siyasi riyakarlığın parlaq nümunəsi və Trampın diplomatik acizliyinin göstəricisidir”, – professor vurğulayıb.
