CəmiyyətGündəmİdmanQalmaqal

Klubda heç bir rəsmi vəzifəsi olmayan Elşən adında şəxs Elmar Baxşıyevin “Araz-Naxçıvan”dan göndərib. Dəlixanadır…

Məsələnin təfərrüatını öyrənəndən sonra Elmar Baxşıyevin “Araz-Naxçıvan”dan göndərilməsi mənə təəccüblü gəlmir. Komandanı iddialar sırasına daxil et, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandır, hətta mərhələ adla, axırda da desinlər ki, “səninlə işləmək istəmirik”.

Bunu bilirsiniz kim deyib? Klubda heç bir rəsmi vəzifəsi olmayan Elşən adında şəxs. Elşən klubda heç bir vəzifəsi olmasa da, klub prezidenti, hazırda axtarışda olan Ramin Axundovun qardaşı Zaur Axundovun dostudur.

Adamlar futbolu düşünmür, futboldan, ələ düşən fürsətdən necə pul qazanmağın mümkünlüyü barədə baş sındıdırlar.

Təsəvvür edin “Barselona”nın prezidenti Xuan Laportanın dostu, məhlə uşağı Sebastian klubun baş məşqçisi Hans-Diter Flikə deyir ki, no queremos trabajar contigo.

Dəlixanadır…

 

Emin Səfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Azərbaycanda “TikTok” trendi universitetlərə də çatdı – Video

redaktor

Kamran Həsənli: “Ermənilər həmişə bizə məxsus ən yaxşı nümunələri oğurlayıblar”

redaktor

Uşaqların bədənini zibil məhsullar, beynini telefon zədələyir – Pediatrdan ÇAĞIRIŞ

redaktor