DünyaGündəmSiyasət

İntensiv diplomatik proses zamanı Tramp Putinə informasiya müharibəsində üstüörtülü dəstək verir

Tramp üçün Putinə açıq dəstək vermək son dərəcədə çətindir və söhbət ilk növbədə Avropa, ABŞ və ələlxüsus respublikaçılar arasında hökm sürən ictimai rəydən gedir. Məhz ictimai rəyin birmənalı olaraq Ukraynanın tərəfində olduğuna görə, Tramp artıq Rusiyaya açıq dəstəkdən və Ukraynaya təzyiqlərdən yayınır, amma dolayısı yolla “dost Vladimiri” tək qoymamağa çalışır.

Nə baş verib?

Diplomatik prosesin son dərəcə intensiv getdiyi bir vaxtda Tramp Putinə informasiya müharisində yardım etmək qərarına gəldi və Putinlə Corc Buş arasında aparılmış danışıqların stenoqramlarını məxfilikdən çıxartdı.

2001-ci ildə Putin Corc Buşla söhbət zamanı Ukraynanın NATO-ya üzv olmasının Rusiya ilə ABŞ arasında münaqişə meydanı yaradacağını və uzunmüddətli qarşıdurmaya səbəb olacağını demişdi.

Putin hələ o zaman Ukraynanın “süni dövlət” olması və Ukrayna əhalisinin “1/3 ruslardan ibarət olması” barədə fantaziyaları irəli sürürdü.

Bu stenoqramlarda yeni və ya gizli heç nə yoxdur, lakin onların məhz indi dərc olunması təsadüfi deyil. Tramp bu yolla uzun müddət səsləndirdiyi tezisə haqq qazandırır: əgər Ukrayna Baydenin dəstəyi ilə NATO-ya doğru getməsəydi, müharibə də olmazdı, bu müharibə Zelenski və Baydenin müharibəsidir.

Beləliklə, Tramp Ukraynaya təzyiqi artırır: əgər siz özünüz günahkarsınızsa, deməli, daha böyük güzəştlərə getməlisiniz.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Çaqayevin 1000 manatlıq məşqinə həkimdən reaksiya: “Ölüm riski var!”

redaktor

Serbiya lideri: “Ərdoğan ailəmdən kim xəstələnsə, dərhal zəng edər…” – “Türkiyə Balkanlarda ən böyük gücə sahibdir”

redaktor

Azərbaycanda bir neçə abituriyent 500-dən çox bal topladı, universitetə qəbul ola bilmədi

redaktor