2025-ci ilin dekabr ayı üzrə dünyada mal ətinin orta satış qiymətləri açıqlanıb.
“Numbeo” portalının məlumatlarına əsasən, müxtəlif ölkələrdə 1 kiloqram mal ətinin qiyməti kəskin şəkildə fərqlənir. Siyahıya görə ən yüksək qiymətlər əsasən inkişaf etmiş Avropa ölkələrində, ən aşağı qiymətlər isə Asiya və Afrika dövlətlərində qeydə alınıb.
Məlumata görə, Azərbaycanda 1 kiloqram mal ətinin orta qiyməti 10,3 dollar təşkil edib. Bu göstərici ilə Azərbaycan region ölkələri arasında orta mövqedə qərarlaşıb.
Reytinqə İsveçrə başçılıq edir. Bu ölkədə 1 kiloqram mal ətinin qiyməti 46,6 dollar olub. İsveçrədən sonra siyahıda Norveç (30,7 dollar), Cənubi Koreya (26,5 dollar), Lüksemburq (26,2 dollar) və Avstriya (23,6 dollar) yer alıb.
Həmçinin Finlandiya (22,8 dollar), İsrail (22,8 dollar), Fransa (21,9 dollar), Sinqapur (21,4 dollar) və Honq Konq (20,9 dollar) da mal ətinin bahalı satıldığı ölkələr sırasındadır.
Türkiyədə 1 kiloqram mal ətinin orta qiyməti 18,9 dollar olub. Qonşu və region ölkələrində qiymətlər nisbətən aşağıdır. Belə ki, Ermənistanda qiymət 12 dollar, Azərbaycanda 10,3 dollar, Özbəkistanda 10,3 dollar, Rusiyada 10 dollar, Gürcüstanda 9,8 dollar, İranda 9,3 dollar, Moldovada 8,9 dollar, Belarusda 8,6 dollar, Qazaxıstanda 7,5 dollar, Ukraynada isə 7,2 dollar səviyyəsində qeydə alınıb.
Mal ətinin ən ucuz satıldığı ölkələr sırasında Pakistan önə çıxır. Bu ölkədə 1 kiloqram mal əti 4,6 dollar təşkil edib. Pakistanla yanaşı, Nigeriya (4,6 dollar), Keniya (5,2 dollar), Hindistan (5,5 dollar), Nepal (5,7 dollar), Zimbabve (5,9 dollar), Banqladeş (6,5 dollar), Boliviya (6,6 dollar), Dominikan (6,6 dollar) və Braziliya (6,7 dollar) da ucuz ölkələr sırasında yer alıb.
Rəqəmlər göstərir ki, dünyada mal ətinin qiyməti ölkələrin iqtisadi səviyyəsi, istehsal imkanları və daxili bazar xüsusiyyətlərindən asılı olaraq ciddi şəkildə dəyişir. Azərbaycan isə bu siyahıda nə ən bahalı, nə də ən ucuz ölkələr sırasında yer alır və orta qiymət qrupunda qərarlaşıb.
