Dünyaİqtisadiyyat

Venesuela düyünü və ucuz neftin qlobal siyasi-iqtisadi nəticələri

Yaxın həftələrdə Venesuaela məsələsi, ya hərbi, ya da diplomatik yolla həll olunacaq. ABŞ şirkətləri zatən Venesuallada var – “Chevron” bu ölkədə ən böyük neft aktivlərinə malik ABŞ şirkətidir.

ABŞ qısa müddətə Venesuela məsələsini istənilən halda həll edəcək, ABŞ dünyada ən böyük neft ehtiyatları olan ölkəyə nəzarəti tam ələ keçirəcək. Sanksiyalara və ABŞ-la pis münasibətlərə görə Venesuela indi gündəlik cəmi 1 mln. barelə yaxın neft hasil edir, amma, çox qısa zamanda hasilatı 2,5-3 mln. barelə, investisiya və texnologiyalar ölkəyə gəlsə, orta müddətə (3-5 ilə) gündəlik 5 mln. barelə yaxın neft hasil edə bilər.

Venesula nefti “ağır” növə aiddir, qiyməti ucuzdur, amma, ABŞ-da uzun illərdir ki, məhz bu neftlə işləyə bilən onlarla zavod tikilib, indi həmin zavodlar Kanada neftini emal edir, amma, Venesueladan da neft almağa hazırdırlar.

Beləliklə, ABŞ Venesula neftinə tam nəzarəti ələ keçirdikdən sonra neftin qiyməti gələn il kəskin ucuzlaşacaq, qiymət koridorunun 50-55 dollar arasında olması ehtimalı çox yüksəkdir.

Gələn il ABŞ-da ara seçkilərdir, orta statistik ABŞ seçicisi səsvermə zamanı əsas aldığı məsələlərdən biri benzin qiymətləridir – ucuzdursa, həmin dövrdə hakimiyyətdə olan partiyaya səs verir, həm də ona görə ki, benzin ucuz olanda inflyasiya da xeyli zəifləyir.

Bundan başqa ucuz neft Rusiya üçün problem, Çin üçün isə üstünlükdür. ABŞ-ın yenilənmiş və 2 həftə öncə elan edilmiş “Monro” doktrinasına nə Çin, nə Rusiya mane ola bilməyəcəklərini anlayırlar. ABŞ-ın Venesuela məsələsi güclə həll etməsi  Rusiyanın iqtisadi olmasa da, siyasi olaraq işinə yarayır – Ukrayna məsələsində ABŞ-dan güzəştlər almağı düşünür. Çinin isə həm iqtisadi, həm də siyasi olaraq işinə yarayır – ucuz neft Çinin iqtisadi üstünlüyünü artırır, güc tədbiqi Tayvan məsələsində Çinin əl-qolunu açır.

Deyəcəksiz bunlardan bizə nə – cavab verim də, neftin gələn il ortalama qiymətinin 50 dollar olması Azərbaycan üçün ciddi problemlər yaradacaq, bizdə zatən hasilat düşür, OPEC-in hasilat normasını belə doldura bilmirik, qiymətin də enməsi ölkənin, onsuz da aşağı olan makroiqtisadi göstəricilərini daha da pisləşdirəcək.
Hökumət azalan gəlirləri vətəndaşa yükləməyə çalışır, yanlış yoldur, bu iqtisadi aktivliyi daha da azaldacaq, makro səviyyədə iqtisadi tənəzzülün qapısını açacaq…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İsrail də UEFA yarışlarından kənarlaşdırılır?

admin

Putin Priqojini niyə öldürüldüyünə işarə verdi – Zelenskiyə də mesaj…

redaktor

Çin lideri Putinə xüsusi ismarıc göndərdi — Təyyarələr İstanbula uçuşa hazırdır

redaktor