DünyaHadisə

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu deyilən təyyarə ilə əlaqə kəsilib

Türkiyədə Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan “Falcon 50” özəl təyyarəsi ilə əlaqə kəsilib.

Tacxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın təyyarədə olduğu bildirilib.

Qeyd edilib ki, Həddad bu gün Türkiyənin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun qonağı olaraq Ankaraya gəlib və milli müdafiə naziri Yaşar Gülerlə də görüşüb.

Hadisədən sonra Ankara hava məkanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

“HaberGlobal” hava limanı yaxınlığında partlayış səslərinin eşidilməsi barədə məlumat yayıb.(Report)

Tacxeber.com

Oxşar xəbərlər

Bu şəhərdə Rusiyanın müdafiə xətti yarıldı

admin

Tramp danışıqlar uğursuz olarsa, Ukraynaya dəstəyi dayandıracağı ilə hədələyib

redaktor

Rusiya işğalçıları Ukraynada ağır itkilər verirlər

redaktor