DünyaSiyasət

Xomeynizm mifi və İranın öz prezidentinin etirafı

Təəccüb qalınası odur, bizim Azərbaycandakı İran sevdalı Xomeynizm ideoloqları, Xamenei təqlid-itaətçiləri, Qasım Süleymani əsgərləri və sairələr İranı bizim camaata örnək göstərirlər.

Bu ölkənin çörəyini yeyib, suyunu içsələr də, bəyənmir, İranı nümunə gətirirlər. Bu ölkənin idarəçiliyi hakimi-mollasız, aşurəsi saçyoldu- başyarmasız, cəzası kran-dar ağacsız, qanunu siğəsiz, normal mərifətli geyimi çadra-niqabsız və s. və i. olduğu üçün iqnor edir, bəyənmirlər.

Nə qədər də, izah verirsən ki, İranda dəfələrlə olub, rəhbərliyi və camaatı ilə təmasda olmuş, ictimai və hətta kriminal hadisə mövzulu belə araşdırma aparmışıq, durum heç də siz deyən deyil, əslən zülmət yaşanır, bu molla rejiminin idarəçiliyi, bu gediş çöküşdür. İnkar edirlər: yox, qərəzlisiniz, İrana düşmən tərəflərin mövqeidir, əsil, etibarlı bir mənbədən sübut qoyun ortaya.

Budur etibarlı mənbə. İranın öz xalqının seçdiyi prezidenti, Məsud Pezeşkianın öz şəxsi etirafı:

“Mən bəli, İran prezidentiyəm, ancaq, hər hansı möcüzəyə və yaxud nəyinsə dəyişəcəyinə əsla inanmıram. İnsanların məndən gözləntisi başa düşürəm ki, çoxdur, amma ki, məndə təəsüf ki, sehirli çubuq yoxdur. Reallıq isə başqadır, daha ağırdır. Xalqıma bir çox vədimi yerinə yetirmək istəyirəm amma, buna bizdəki siyasi sistemin mahiyyəti imkan vermir. Ölkə artıq tam dalana dirənib, böhrandan çıxışın ideyaları da tükənib.

Əgər qonşuların bir çoxu bizdən ehtiyat edirsə, deməli oturub düşünmək lazımdır ki, bu niyə belədir. İran əslində ciddi xaosun içərisindədir. Ölkədə elə bir böhran var ki, yalandan hər şey yaxşıdır demək olmur. Ölkədə elə bir idarəetmə problemi var ki, günahkar ABŞ, ya sionist rejim də demək mümkün deyil. Çünki, hər şeydən də əvvəl problem bizim içimizdədi, biz özümüzük”.

Bu mənbə bəs edirmi? Bu gününümü İran rejimi ixrac etmək istəyir, qonşu və ya, başqa ölkələrə (Azərbaycana da) inqilab yolu ilə? Ayıbdı utanın bu yalanlarla. Susun, camaatı rahatsız etməyin. Hələ, məsələnin hüquqi, ekstremizm tipli cəzalı pis tərəflərini demirəm. Hər halda, həmvətənik!

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Avropa Liqasında 2-ci tura start verilir.

admin

Maraqlı və ŞOK faktlar

admin

Pişiyi qorxutduqdan sonra “qəhqəhə çəkən” at gündəm oldu – VİDEO

redaktor