27 C
Bakı
29 Sentyabr 2026 14:40
DünyaGündəmMuharibə

Xəzərdə və Krımda gecə “ovu”.

Bu gecə Krımın Belbek aerodromunda Rusiyaya məxsus 2 ədəd Su-27 hərbi təyyarəsi Ukrayna Təhlükəsizlik Xidmətinin dronları tərəfindən məhv edilib. Dispetçer qülləsinə də zərbə endirilib. Bir neçə gün əvvəl burada MiQ-31 təyyarəsi də vurulmuşdu.

Xəzərdə isə Rusiyanın patrul gəmisi (“Oxotnik” 22460 layihəli ) vurulub və “Lukoil”un Filanovski adına neft-qaz platformasına təkrar zərbə endirilib. Son günlər burada Korçagin və Qrayfer adına yataqlar da hücuma məruz qalıb.

Dünən Aralıq dənizində (Ukrayna sahillərindən 2000 km aralıda) Rusiyanın kölgə donanmasına aid daha bir tanker sıradan çıxarılıb.

Əməliyyatların miqyası və coğrafiyası genişlənərək davam edir.

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Tennessi ştatında 200 ildən sonra ilk dəfə qadın edam edilib

redaktor

Amma Stalin yəhudilərin qəbulundan imtina etdi ……

admin

Fransalı kəndirbaz Filipp Peti

admin