2 C
Bakı
06 Fevral 2026 07:00
Hadisəİdman

Onu almaq üçün “Qarabağ”a artıq ikinci transfer təklif edildi.

Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın dayaq yarımmüdafiəçisi Pedro Bikalyo ilə bağlı ikinci rəsmi təklifini göndərib.

Bu barədə Braziliyanın “Globo” nəşri məlumat yayıb.

Bildirilir ki, bu dəfə də təklif icarə + satınalma opsiyası formatındadır. Lakin Rio-de-Janeyro təmsilçisi qısa müddətdə ödəniləcək məbləği artırıb. Məhz maliyyə şərtləri əvvəlki təklifin “Qarabağ” tərəfindən rədd edilməsinin əsas səbəbi olub.

Qeyd olunur ki, dayaq yarımmüdafiəçisi transferi “Botafoqo”nun yay transfer pəncərəsində əsas prioritetlərindən biridir. Klub Pedro Bikalyo ilə yanaşı, hazırda Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Julio Romaonu da heyətinə qatmaq istəyir.

Danışıqlar futbolçunu agenti Breno Şartye (Dunkirk Sports) tərəfindən aparılır. Hələlik Pedro Bikalyo ilə “Botafoqo” arasında maaş məsələsi müzakirə olunmayıb. Bununla belə, futbolçunun Braziliya futboluna mümkün qayıdışa müsbət yanaşdığı bildirilir.

Xatırladaq ki, Pedro Bikalyo “Kruzeyro” və “Palmeyras”ın akademiyalarında yetişib və peşəkar debütünü də “Palmeyras”da edib. Daha sonra Portuqaliyada “Santa Klara” və “Alverka” klublarında çıxış edən yarımmüdafiəçi bu yay “Qarabağ”a keçib. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Qovulan məktəb direktorlarının 20 faizi geri qayıdır” – NAZİR

admin

Təcili anamı ölkə xaricinə aparmaq istədim, amma hava limanında öyrəndim ki, ölkədən çıxışıma stop qoyulub

admin

Moskva aeroportlarında xaos yaşanır

admin