DünyaSiyasət

Nikol Paşinyan Azərbaycanın Ermənistana göndərdiyi benzin dolu qatarın video görüntülərini şəxsən yayıb.

Azərbaycanın Ermənistana benzin göndərməsinə dodaq büzənlər də var. Ancaq nahaq yerə. Bəziləri yazır ki, Azərbaycan bu göndərişi Ermənistana yarınacaq səviyyədə gözə soxur.

Əlbəttə. Fərqli arqumentlərə söykənərək çox şey demək olar. Əsas olan odur ki, Ermənistanda keçirilən növbəti parlament seçkisində Nikol Paşinyan və onun partiyası yenidən qalib gəlsin. Dəfələrlə yazmışam, Azərbaycan və Türkiyə olaraq Nikol Paşinyanın seçkidən qalib çıxması üçün mümkün olanı və olmayanı etməliyik. Çünki Nikol Paşinyanın alternativinin iqtidara gəlməsi o deməkdir ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlər yenidən gərginləşəcək. Rusiya Ermənistan üzərindən Türkiyə və Azərbaycana təzyiqləri artıracaq. Zəngəzur dəhlizinin açılması mümkün olmayacaq. Olsa da dəhliz statusu gündəmdən çıxacaq. Cənubi Qafqazda ABŞ-ın, bütövlükdə Qərbin, eləcə də Türkiyənin mövqeyi zəifləyəcək. Bu boşluğu isə Rusiya və İran dolduracaq. Bu isə nə Azərbaycanın, nə Türkiyənin, nə də Türk Dünyasının xeyrinə deyil. Ona görə də Nikol Paşinyandan bərk yapışmaq lazımdır.

Onu da deyim ki, Nikol Paşinyan Azərbaycanın Ermənistana göndərdiyi benzin dolu qatarın video görüntülərini şəxsən yayıb. Yəni Ermənistanın Baş naziri də bu prosesə xüsusi önəm verir.

Gözlənilən seçkidə ermənilərin 2 seçimi var: ya Ermənistanın Azərbaycan və Türkiyə ilə xoş münasibətinə, ya da düşmən münasibətinə səs verməli olacaqlar. Yəni Nikol Paşinyan ya qalacaq, ya da gedəcək. Qalsa, birmənalı olaraq bizə xeyirdir, getsə, birmənalı olaraq bizə ziyandır. Özü də fəlakət səviyyəsində ziyandır…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Haqqımızda Reklam Əlaqə Redaksiya siyasəti Müsahibə Avrokuboklar Video Premyer Liqa Güləş Cüdo Şahmat Boks MEDİA Yazarlar Tam versiya Baş məşqçi dron qalmaqalına görə istefaya göndərildi

admin

Trasın istefası ilə bağlı diqqət çəkən ŞOK DETALLAR – Gizlində baş verənlər…

redaktor

Kim Çen Inın bacısı hədələdi: “Bədəl ödəməyə hazır olun”

redaktor