CəmiyyətŞikayət

Keçmiş partiya sədri: Elçibəyin köməkçisi olmuş Oktay Qasımov evimdən çıxmırdı, indi üzümə durur.

Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli sifarişlə həbs olunduğunu deyir. O bu barədə dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən danışıb.

A.Əsədli bildirib ki, birinci dəfə 2023-cü ildə həbs olunandan az sonra rəhbərlik etdiyi partiyanın buraxılmasına qərar verib və bunu açıqlayıb. Ardından onu ev dustaqlığına buraxıblar, daha sonra həmin ilin oktyabrında haqqındakı cinayət işinə xitam verilib. Bu il eyni cinayət işi üzrə icraat yenilənib: “Mən bilirəm ki, bunlar siyasi məsələlərdir. Partiyanı buraxandan sonra məni də həbsdən buraxdılar. Siyasi fəallıq göstərən kimi yenidən cinayət işini təzələdilər”.

Külli miqdarda dələduzluqda suçlanan A.Əsədli vurğulayıb ki, zərərçəkmiş qismində tanınan şəxslərə borcu yoxdur, onlara qarşı heç bir cinayət də törətməyib. O, zərərçəkmişlərdən bir neçəsi ilə hələ mərhum prezident Əbülfəz Elçibəy dövründən yoldaşlıq münasibətləri olduğunu yada salıb: “Onların birdən-birə məndən şikayətçi olmaları sifarişdir. 2022-ci ilin oktyabrında “bandotdel”dən zəng gəldi ki, səndən şikayət var. Gedib ifadə verəndə məlum oldu ki, şikayətçilərin üçü də illərlə tanıdığım insanlardır. Oqtay Qasımov evimdən çıxmırdı, İlham Hüseynov mənə “siyasi liderim” deyirdi. İllərlə münasibətim olan adamlar gəlib üzümə dururlar. Hələ, üstəlik, mənimlə işgüzar münasibətləri olmuş adamlara da deyiblər ki, gəlin, şikayətçi olun”.

O.Qasımov Elçibəyin köməkçisi olub.

A.Əsədli əlavə edib ki, uzun müddət Azərbaycanda və Türkiyədə bizneslə məşğul olub.

Növbəti məhkəmə iclasında A.Əsədli sualları cavablandıracaq.

Onun vəkili Zibeydə Sadıqova müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb və istintaq dönəmində azadlıqda olduğunu və prosesdən yayınmadığını xatırladıb. Bakı Ağır Cinayətlər Məhkəməsində proses başlayanda isə zərərçəkmişin vəsatəti əsasında onun haqqında həbs-qətimkan tədbiri seçilib: “Buna əsas kimi göstərilib ki, Anar Əsədli azadlıqda olanda sosial şəbəkələrdə ictimai rəy formalaşdırır. O, siyasətçidir, öz fikirlərini sosial şəbəkələrdə paylaşır. Amma bu cinayət işi barədə heç nə paylaşmayıb. Məhkəmədən də yayınmayıb. Onun həbsi üçün heç bir əsas yoxdur”.

Vəkil bunu da əlavə edib ki, 2023-cü ilin oktyabrında A.Əsədli haqqında cinayət işinə əməlində dələduzluq cinayətinin tərkibi olmadığına görə xitam verilib.

Zərərçəkmiş qismində tanınan şəxslər dəymiş ziyanın ödənilmədiyini əsas gətirərək onun ev dustaqlığına buraxılmasına etiraz ediblər. Məhkəmə də ev dustaqlığı ilə bağlı vəsatəti təmin etməyib.

Məhkəmə prosesi yanvarın 9-da davam edəcək. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Psixoloq gecə saatlarında Hacı Şahinin məzarı başında toplaşanlardan danışdı: “Bu, heç də hörmət nümayişi deyil”

admin

Qusarda qızılca xəstəliyinin yayılması çoxalıb – VİDEO

redaktor

Bakıda intiharı təbliğ edərək qəhvə satırlar – FOTO

redaktor