DünyaGündəmSiyasət

“Bu iki məsələdə ABŞ-dən tam asılıyıq” – Budanov

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukraynanın ABŞ yardımından ən çox asılı olduğu iki sahəni açıqlayıb.

Bu barədə “LB”-yə verdiyi müsahibədə danışan Budanovun sözlərinə görə, birinci sahə kosmik görüntülərdir – radar və optik. Lakin bunun da iki komponenti var: “Birincisi, Ukrayna ABŞ-dən kosmik görüntülərə pulsuz, yardım şəklində çıxış əldə edir. İkincisi isə müqavilələrdir”.

Budanov qeyd edib ki, ABŞ pulsuz kosmik görüntülərə çıxışı bloklasa, bu, kritik bir məsələ olmayacaq:“Optik görüntülər üçün bu, təxminən 15-17% itkidir ki, bu da kritik deyil. Radar üçün bu, təxminən 46% təşkil edir: çətindir, lakin yenə də böyük bir problem deyil. Lakin ABŞ siyasi qərar qəbul edib müqavilələri bloklasa, bu, kritik olacaq. Bu zaman demək olar ki, sıfıra enəcəyik. Biz bu amildən kritik dərəcədə asılıyıq”.

Budanovun sözlərinə görə, Ukraynanın ABŞ-dən asılı olduğu ikinci amil ballistik təhlükə barədə erkən xəbərdarlıqdır:“Vəssalam. Qalan şeylər özümüzündür”.

Xatırladaq ki, ilin əvvəlində ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını müvəqqəti olaraq dayandırmışdı. Eyni zamanda, bir neçə ay əvvəl Qərb mediası ABŞ-nin Rusiya daxilindəki hədəfləri müəyyən etmək üçün Ukraynaya kəşfiyyat məlumatı verəcəyini bildirmişdi. “The Wall Street Journal” qəzeti Rusiyanın enerji sisteminin ABŞ kəşfiyyatının hədəfinə çevrilə biləcəyini yazıb. ABŞ həmçinin bu cür zərbələr endirmək üçün Ukraynaya daha çox uzaqmənzilli silahların ötürülməsini də nəzərdən keçirir.(Azpolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

YAP-ın namizədi ilə bağlı qalmaqal böyüyür

redaktor

Rusiyanın zəif nöqtələri üzə çıxdı – Professor

admin

Trampın qoşun yeritdiyi Los-Ancelesdə etirazlar BÖYÜYÜR

redaktor