DünyaGündəmSiyasət

“Putin həmişəki kimi manipulyasiya ilə məşğuldur” Natiq Cəfərli

Putinin 4 saatlıq çıxışını və sullara cavabını izlədim, növbəti dəfə Rusiyanın Ukraynaya təcavüzündən və müharibədən danışarkən, sevimli sözünü, ”первопричины”, yəni, ilkin səbəblər sözünü bir neçə dəfə istifadə etdi. Dəfələrlə bu haqda danışıb, deyir ki, əgər ilkin səbəblər, yəni, Ukraynada “Maydan, dövlət çevrilişi”, rusafobiya, NATO-ya inteqrasiya cəhdləri, Qərblə yaxınlaşmaq istəkləri və s. olmasaydı, bu müharibə də olmazdı.

Həmişəki kimi manipulyasiya ilə məşğuldur, bütün “tezisləri” asanlıqla çürütmək olar, amma, təəssüf ki, Avropa və Ukraynanın “beyin mərkəzləri” bu işlə az məşğul olurlar:

1) “Maydan və dövlət çevrilişi” – absurd iddiadır, əvvəl ona görə ki, 2014-cü il hadisələrindən sonra Ukraynada 2 dəfə prezident və parlament seçkiləri olub, yəni, hakimiyyətin legitimləşdirilməsi prosesi baş verib. Əgər Putin “inqilab və çevrilişlərdən” sonra qurulan bütün hökumətləri qeyri-legitim sayırsa, o zaman Rusiyada artıq 108 ildir ki, qeyri-legitim dövlət və hökumət var, 1917-ci ildə inqilab və çevriliş baş verəndən sonra qurulan bütün hökumətlər, Putinin sözü ilə desək, “xuntadır”,

2) Post-sovet ölkələrinin, o cümlədən Ukraynanın NATO-ya, Qərblə inteqtasiyaya can atması səbəb deyil, nəticədir – Rusiyanın aqressiv davranışlarının, ritorikasının, imperialist siyasətinin nəticəsidir. Bu məsələdə ilkin səbəb, “первопричина” Rusiyanın özüdür, Ukraynaın davranışı isə bu səbəbin yaratdığı nəticədir, Rusiyadan qorunmaq üçün atılan addımdır. Yəni, Rusiya “Ayı” kimi davranmasaydı, öz qonşuları ilə normal, dost, qarşılıqlı hörmət şəraitinda yaşamağı öyrənərək öz imperialist “genlərindən” imtina etsəydi, post-sovet ölkələri də Qərbdə təhlükəsizlik “çətiri” axtarmağa məcbur qalmazdı. Bir daha – ilkin səbəb Rusiyanın özü, Qərbə yaxınlaşmaq cəhdi isə bu səbəbin doğurduğu nəticədir,

3) Ukraynada “rusafobiya” və rus dili problemi – bir tək bu məsələdə Putinin dediklərində haqlı məqamlar var, doğrudan da Ukraynada bəzi absurd addımlar atdılar, atmağa da davam edirlər. Ölkənin yarıdan çoxu rusdilli, bəli, etnik kimlik kimi ukraynalılar, amma, rusdilli idi. Ukrayna AB-yə can atırsa, elə AB qanunları-qaydaları etnik-dini azlıqların qorunmasını, istənilən şəxsin öz dilini, dinini, adət-ənənəsini dövlət tərəfindən qorumasını tələb edir. Ukraynada bu yanlış olan davranışlar da nəticədir – səbəb elə Rusiyanın özü, apardığı siyasət idi, amma, Ukrayna bu məsələdə Rusiyadan daha sivil ölkə olduğunu göstərməli idi, təəssüf ki, emosiyalar rasional düşüncəyə qalib gəldi.

Yazdıqlarım o demək deyil ki, bu münaqişədə Qərbin günahı yoxdur, əlbəttə ki, var, illərdir “kor-kar” oldular, Rusiyanı qucaqlayıb-boğmaq əvəzinə, qıcıalandırıb Ukraynanın üzərinə saldılar, 2008-ci ildən, Rusiyanın Gürcüstana təcavüzündən sonra ayılmalı idilər – yatdılar, 2014-cü il Krımın işğalından sonra ciddi qərarlar alamalı, Putinin qol-qanadını yolmalı idilər – tam tərsini etdilər, indi də yalan vəədlərlə, gündə mənasız 8 toplantı keçirməklə, güya, Ukraynaya dəstək olurlar…

P.S. Dünən Putin danışarkən ekrana bəzi “təxribatçı” suallar, yazılar çıxıb, çox güman, Kremlin daxilində də bu içiboş “tezislərdən”, bu absurddan bezən “qüllələr” var. Kremlin rəsmi səhifəsindən “screen” etdiyim fotoya baxın…

 

Natiq Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Şlyapa Zahid” yenidən həbs olundu – 42 milyon ziyan vurub

redaktor

Gizli hesabat: ABŞ müharibəni bu cür planlaşdırıb – Şok

admin

ABŞ ordusu Qırmızı dənizdə Amerika gəmisinin raketlə vurulduğunu təsdiqləyib

admin