DünyaGündəmSiyasət

Rusiya kəşfiyyatı Belçika liderlərini və Euroclear rəhbərliyini dondurulmuş ehtiyatlarla bağlı hədələyib.

The Guardian qəzetinin Avropa kəşfiyyat agentliklərinə istinadən verdiyi məlumata görə, Rusiya hərbi kəşfiyyatı dondurulmuş Rusiya valyuta ehtiyatlarının Ukraynaya köçürülməsinin qarşısını almaq üçün qorxutma kampaniyası aparır.

Bu vəsaitlər, Rusiya ehtiyatlarının əksəriyyətinin keçdiyi əsas depozitar olan Euroclear-ın yerləşdiyi Belçikada dondurulmuş vəsaitlərə aiddir. Daha əvvəl Belçikanın Baş naziri Bart De Vever Rusiyanın məğlub edilməyəcəyini və dondurulmuş aktivlərin Kremlə qaytarılmalı olduğunu bildirmişdi.

The Guardian-ın mənbələrinə görə, təzyiq kampaniyası QRU tərəfindən həyata keçirilir. Hədəflər arasında Euroclear-ın baş direktoru Valeri Urbain və yüksək vəzifəli Belçika rəsmiləri var. Təhdidlərin ciddiliyi ilə bağlı qiymətləndirmələr fərqlidir, lakin bir Avropa rəsmisinin qeyd etdiyi kimi, “qorxutma taktikalarından mütləq istifadə olunur”.

İndi tapmaca çözülməyə başlayır. Belçika Baş nazirinin narahatlıqları Rusiyanın təzyiq və təhdidlərinə birbaşa cavabdır.

 

Hazırladı: Sədrəddin Əhmədov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yerli icra hakimiyyəti başçılarının səlahiyyəti azaldılıb.

admin

COP29-a hansı liderlər və niyə qatılmır? – Siyahı

redaktor

Ərdoğanın qərargahı boşaldılır – TƏCİLİ

redaktor