İqtisadiyyatTexnologiya

“Amazon” “OpenAI”a 10 milyardlıq investisiya planlaşdırır

“Amazon” “OpenAI”a 10 milyard dollar həcmində investisiya yatırmaq üçün ilkin danışıqlara başlayıb.

Razılaşma “OpenAI”ın “Amazon”un süni intellekt çiplərindən istifadə etməsini nəzərdə tutur. Bloomberg isə bildirir ki, anlaşma baş tutacağı halda “OpenAI”ın bazar dəyəri 500 milyard dolları ötə bilər. Hazırda tərəflər məsələ ilə bağlı rəsmi açıqlama verməyib.Bu addım “Amazon”un süni intellekt sahəsində investisiyalarını şaxələndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Xatırladaq ki, şirkət daha əvvəl “OpenAI”ın rəqibi “Anthropic” ilə 8 milyard dollarlıq investisiya razılaşması imzalayıb. Bundan əlavə, “Amazon” bu ay “Trainium” süni intellekt çiplərinin son versiyası olan “Trainium” 3-ü təqdim edib.

“Amazon”un “OpenAI”a mümkün investisiyası süni intellekt sektorunda formalaşan “dairəvi” əməkdaşlıqlara yeni bir nümunə kimi dəyərləndirilir. Buna misal olaraq “OpenAI” və “CoreWeave” arasında bağlanan razılaşmanı göstərmək olar. Eyni zamanda, “OpenAI” oktyabr ayında AMD-nin 10 faiz səhmini almaqla bağlı saziş imzalayıb, noyabrda isə “Amazon” ilə 38 milyard dollarlıq bulud hesablama müqaviləsi bağlayıb. (Valyuta.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Məmləkətdə 1 nəfər də olsun RƏSMİ milyonçu yoxdursa bəs 1 mln. 200 minə “Rolls-Royce Ghost” avtomobilini kim alır?

admin

Azərbaycan hökümətinin işbacarmaz iqtisadi komandasının gördüyü bərbad işin nəticəsi

admin

Azərbaycanda qaytarılan ƏDV dərəcəsi dəyişir

redaktor