GündəmMuharibəSiyasət

Ukraynanın 200 min dollarlıq dronu 400 milyon dollarlıq sualtı qayığı məhv etdi

USQ hərb tarixində adını yeni bir “ilk”in altına yazdı

Rusiya-Ukrayna müharibəsi faktiki olaraq müasir müharibə təsvirləri alt-üst etdi.

Söhbət ilk növbədə dronların müasir müharibədə rolundan gedir. İlk gündən pilotsuz uçan aparatların döyüş meydanında fəallığını görürdük, bir müddətdən sonra USQ-nin Rusiya Qara Dəniz donanmasına qarşı “dəniz dronlar”la zərbələrini gördük və bu zərbələr nəticəsində ruslar donanmanı nisbətən təhlükəsiz yerdə yerləşdirdilər-Novorossiysk limanında. Amma…

Bu gün hərb tarixində İLK dəfə USQ Novorossiysk limanında yerləşən Rusiyanın “Varşavyanka” sualtı qayığını SUALTI dronla vurdu. “Varşavyanka” sualtı qayığında Kalibr raketləri üçün atəş qurğuları yerləşirdi.

200 min dollarlıq dron 400 milyon dollarlıq sualtı qayığı sıradan çıxardır. Müasir müharibə budur…

 

Kamran Cəfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Daxili mətbəx: Respublikaçı partiyasında yeni intriqalar – Kamran Cəfərli

admin

9 beynəlxalq təşkilat AbzasMedia ilə bağlı bəyanat veriblər

admin

Türkiyə limanlarını İsrail gəmiləri üçün bağlayır

redaktor