22.5 C
Bakı
29 İyun 2026 05:30
DünyaMuharibə

Ukrayna kəşfiyyat strukturlarının məhv etdikləri Rusiya Hərbi Dəniz Donanmasına aid sualtı qayığın parametrlırinə DİQQƏT edin.

Ukrayna kəşfiyyat strukturlarının birgə əməliyyatı nəticəsində Novorissiysk limanında Rusiya Hərbi Dəniz Donanmasına aid sualtı qayıq partladılıb.

636.3 “Varşavyanka” layihəli dizel-elektrik mühərrikli sualtı qayıq “Sea Baby” sualtı dronu ilə vurulub. Bu, tarixdə ilk belə hadisədir.

Bu layihəyə sovet dövründə, 1970-ci illərdə başlanıb və əsasən Varşava Müqaviləsi Təşkilatı ölkələrinə göndərmək üçün nəzərdə tutulduğundan “Varşavyanka” adı verilib. Eni 10 metr, uzunluğu 74 metr olan bu tip sualtı qayıqlar 300 metrə qədər dərinlikdə 45 sutka avtonom hərəkət edə bilir. İçərisində “Kalibr” qanadlı raketləri üçün 4 buraxıcı qurğu var. Bundan başqa, sualtı qayıq torpedolar və minalarla silahlanıb.

Ukrayna ordusu bundan əvvəl daha bir “Varşavyanka” tipli sualtı qayığı məhv edib. 2024-cü ilin avqustunda Sevastopol buxtasında təmirə dayanmış “Rostov-na-Donu” adlı gəmi raket zərbələri ilə batırılıb.

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Hamının pulunu kəsən Tramp NASA üçün “kisənin ağzını açdı”

redaktor

Türkiyənin 60 illik xəyalı: Ərdoğan da iştirak etdi

redaktor

Zaxarovadan Makrona: “Fantazyordur”, nə deyə bilərəm?

redaktor