7 C
Bakı
15 Dekabr 2025 22:17
DünyaSiyasət

Avropa İttifaqı dərin iqtisadi və texnoloji geriləmə mərhələsinə daxil olur.

Son bir neçə ildir Avropa İttifaqı (Aİ) ağır dövrünü yaşayır, amma iqtisadi böhrandan çıxış yolu görünmür. Aİ-nin qlobal ÜDM-dəki payı 1990-cı ildəki 27%-dən indiki 17%-ə düşüb. Həm də bir çox göstəricilər üzrə Avropanın geriləməsi sürətlənir.

Məsələn, patentləri götürək. 2000-ci illərin əvvəllərində qlobal miqyasda verilmiş bütün patentlərin 27%-i Aİ-yə məxsus idi, yalnız ABŞ ondan çox patent qeydə alırdı. İndi avropalılar Çin, ABŞ və hətta Yaponiyadan da geri qalaraq, 4-cü yerə düşüblər.

Son 30 ildə Avropada bazar kapitalizasiyası $100 milyardı keçən yalnız bir neçə şirkət yaranıb.

Avstraliya Strateji Siyasət İnstitutu (ASPI) Critical Technology Tracker proqramında hər il 44 əsas texnologiyanı təhlil edərək, hər birində hansı ölkələrin lider olduğunu müəyyənləşdirir. Çin qlobal texnoloji rəqabətdə öz mövqeyini ildən-ilə gücləndirir və hazırda 44 texnologiyadan 37-də liderliyə nail olub. 44 əsas texnologiyadan heç birində nə 1-ci, nə də 2-ci yerdə Aİ ölkəsi yoxdur.

Hətta Avropanın ənənəvi güclü sənaye sahələri – əczaçılıq və avtomobil sənayesi də xarici təzyiq altında çökür. 2024-cü ildə Çin tarixdə ilk dəfə olaraq Avropaya idxal etdiyindən daha çox avtomobil ixrac etməyə başladı. Avropanın Çin idxalından texnoloji asılılığı son 10 ildə iki dəfə artaraq, €500 milyarda yüksəlib.

Əvvəllər Çin Avropadan texnologiya bölüşməyi xahiş edirdisə, indi artıq əksinədir. Avropanın istehsal müəssisələri Çinə köçür və bu başa düşüləndir: Avropada elektrik qiymətləri Çindən 150%, qaz qiymətləri isə – 350% bahadır.

Avropa demoqrafik göstəricilər də bərbaddır – Aİ əhalisi azalır, hətta milyonlarla miqrantın qəbulu da azalmanı dayandıra bilmir. Doğum səviyyəsi son 80-100 ilin ən aşağı səviyyəsinə düşüb. Şirkətlər işçi tapa bilmir…

Osvald Şpenqlerin yüz il əvvəl gözlədiyi “Avropanın qürubu” reallaşmağa başlayır.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Fəzail Ağamalı istefa verib, görüntülər var – Elçin Ağamalı

redaktor

Naxçıvan – Bakı reysi ilə uçan təyyarədə oksigen maskaları açılıb

redaktor

Bu gün Konfrans Liqasında final oyunu oynanılacaq.

admin