DünyaSiyasət

“Ukraynanın NATO-ya üzvlüyünü hamı dəstəkləmir, buna görə kompromis — təhlükəsizlik zəmanətləridir”. Zelenski geri çəkilmək niyyətində deyil

Ukrayna Rusiyayla müharibənin başa çatdırılması yolunda hazırkı sülh prosesinin mümkün uğursuzluğunu yolun sonu kimi qiymətləndirmir. Bu barədə prezident Vladimir Zelenski KİV nümayəndələri ilə ünsiyyətdə bildirib. Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyünü hamı dəstəkləmədiyi üçün kompromis variant kimi “ikili təhlükəsizlik zəmanətləri” gündəmdədir.

Dövlət başçısı vurğulayıb ki, hətta indiki diplomatik səylər nəticə verməsə belə, Ukrayna sülhə nail olmaq üçün yeni mexanizmlər və formatlar axtarmağa məcbur olacaq. O qeyd edib ki, vəziyyət realist yanaşma ilə, lakin pessimizm olmadan qiymətləndirilməlidir.

Zelenski sülhün nizamlanması prosesini uzun məsafəyə qaçışla müqayisə edərək, Rusiyaya təzyiqlərin davam etməli olduğunu bildirib. Onun sözlərinə görə, mərhələlərdən biri uğursuz olarsa, ölkə toparlanmalı və müharibənin başa çatmasına nail olmaq üçün başqa yol tapmalıdır.

Prezident Ukraynanın ədalətli və dayanıqlı sülhə nail olmaq istiqamətində səylərini ardıcıl şəkildə davam etdirəcəyini vurğulayıb.

Ukrayna lideri ABŞ prezidenti Donald Trampın “ABŞ-ın təklif etdiyi razılaşma guya hamının xoşuna gəlir, yalnız Zelenskidən başqa” fikrinə də münasibət bildirib: “Elə bir plan olmayacaq ki, hamının xoşuna gəlsin. Şübhəsiz ki, planın bu və ya digər formatında çoxlu kompromislər var”, — deyə Zelenski qeyd edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Prezident və xanımı Özbəkistana getdi

redaktor

Moskvada 70-ə yaxın reys təxirə salındı

redaktor

Korrupsiyanın da millisi olur, və ya olmalıdırmı?! (Düşünmək üçün)

redaktor