Bu gün, 12. 12. 2025, Avropa Birliyi Ukraynanın xeyrinə tarixi, vacib qərar qəbul etdi. Rusiyanın Avropa məkanında olan 210 milyard avro, yəni, 250 milyard dollar qədər vəsaiti qeyri-müəyyən müddətə donduruldu. Və bu aktivlər Ukraynaya dəstək olmaqla onun istifadəsinə yönəldiləcək.
AB belə qərar üçün Avropa Birliyinin Fəaliyyəti Müqaviləsinin 122-ci maddəsini əsas götürüb. Bu maddə üzrə qərar səs çoxluğu ilə əldə edilir, 100% hamılıqla deyil. Yəni veto ilə iş pozulmur, bu halda Macarıstan, Slovakiya vetosu keçmir. Belə ki, ABŞ-ın maddi köməyinə ehtiyac qalmır.
Almaniya və digər Avropa Birliyi dövlətləri vacib qərarı 25 səs lehinə 2 səs əleyhinə olaraq qəbul ediblər. Bəyanat veriblər ki, Rusiyaya qarşı olan bu qərar müharibə davam etdikcə və sonra isə, Ukraynaya dəyən ziyanlar ödəmədikcə qüvvədə qalacaq. Ukrayna üçün çox böyük köməkdir bu.
Rusiya Mərkəzi Bankı AB-nin bu qərarına qarşı Beynəlxalq Arbitraj Məhkəməsinə.şikatət edib iddia qaldırmağı elan edib. Lakin Avropanın bir sıra hüquq və iqtisad işləri üzrə mütəxəssisləri bu addımı hüquqi cəhətdən tam əsaslı və Aİ və beynəlxalq hüquqa da tam uyğun hesab edirlər.
