Dünya

KAAN və pilotsuz üçlüyün yeni nəsil hava üstünlüyü

Türkiyənin TUSAŞ şirkəti milli qırıcı KAAN-ın bazasında 6-cı nəsil döyüş təyyarəsinin hazırlanmasina başlayıb.
Bu qırıcı təyyarə gələcəkdə ANKA III hücum PUA-sı və “Şimşək” kamikadze dronunu idarə edəcək.

KAAN qırıcısının pilotu supertexnoloji xüsusi dəbilqədən istifadə edərək PUA-ları havada idarə edəcək. Döyüş uçuşunu yerinə yetirən “mükəmməl üçlük” düşmənin hava hücumundan müdafiə sistemini çaşdıracaq.

Pilotsuz aparatlar ilk olaraq hədəfə yaxınlaşacaq, kəşfiyyat aparacaq və təyin olunmuş hədəfləri vuracaq. Düşmənin hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatlarına yönəldildiyi halda, KAAN minimum risklə əsas hədəfləri məhv edəcək.

KAAN qırıcısının hava-hava və hava-yer döyüşlərində aktiv şəkildə istifadə edilməsi planlaşdırılır.

 

Ədalət Verdiyev

Tacxeber.com

Oxşar xəbərlər

İlon Mask belə Trampı “Twitter”ə qaytara bilməyəcək

admin

Ermənistan-Türkiyə sərhədi martın 1-də açılacaq

admin

BŞİH rəhbəri: “Leysan zamanı tunellərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulsun”

redaktor