DünyaMuharibə

Ukraynanın ‘Lukoil’un Xəzərdə platformasını vurduğu bildirilir

Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi əməliyyatlar mərkəzi Rusiyanın “Lukoil” şirkətinin neftçıxarma platformasına dron zərbələri endirdiyi bildirilir.

Tacxeber.com xəbər verir ki, bu haqda AzadlıqRadiosunun Ukrayna xidməti, “RBK-Ukraina” və “Ukrainska Pravda” xüsusi xidmət orqanlarındakı mənbələrə istinadla məlumat yayıblar.

Bunun Xəzərdə Rusiyaya məxsus neft hasilatı infrastrukturuna ilk zərbə olduğu vurğulanır. Mənbələrə görə, dəniz platformasına azı dörd dəqiq zərbə endirilib. Hücum nəticəsində 20-dən çox quyudan neft və qaz hasilatının dayandırıldığı bildirilir.

Amma bu məlumatlar müstəqil təsdiqlənməyib.

ASTRA Telegram kanalı Rusiyanın Fövqəladə Hallar Nazirliyindəki mənbəyə istinadən yazır ki, bir neçə dron “Filanovski” yatağında yerləşən LSP-1 stasionar platformasına hücum edib. Bu platforma quyuların qazılması, işlənməsi və neft hasilatı üçün istifadə olunur.

“Lukoil” saytında “Filanovski”nin Xəzərin Rusiya sektorunun dibində ən böyük neft yatağı olduğu yazılıb. Yatağın operatoru “Lukoil-Nijnevoljskneft” şirkətidir. İlkin çıxarıla bilən ehtiyatlar 129 milyon ton neft, 30 milyard kubmetr qaz olaraq qiymətləndirilir. İxrac Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə gerçəkləşdirilib. CPC-yə sanksiyalar tətbiq olunmayıb.

Hücumların nə zaman gerçəkləşdiyi dəqiq bilinmir. Rusiya hakimiyyəti bu məlumatları şərh etməyib.

Dekabrın 11-də səhər Rusiya Müdafiə Nazirliyi 12 region üzərində 287 Ukrayna dronunun vurulduğunu açıqlayıb.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Maraqlı hadisələr və faktlar

admin

Rus ordusu Kurskda əks-hücuma keçdi

admin

Narin cinayəti: Şübhələr yenidən qardaşa yönəlir

admin