DünyaMuharibəSiyasət

Trampın yeni sülh planının təfərrüatları ortaya çıxdı. Ukrayna nəyə məcbur edilir?

Ukraynanın Zn.ua nəşri mübahisəli layihənin yeni versiyasını nəzərdən keçirdiyini iddia edir.

Sənəd dörd hissəyə bölünüb, lakin mahiyyəti sadədir: Ukraynadan təhlükəsizlik zəmanətləri və AB üzvlüyünə sürətləndirilmiş yol müqabilində ağrılı güzəştlər etməsi istənilir:

Ərazilər – ABŞ Rusiyanın Krım, LXR və DXR üzərində nəzarətini möhkəmləndirməyi təklif edir. Statusun dəyişdirilməsi yalnız diplomatiya yolu ilə mümkündür.

Donetsk vilayəti – ərazinin təxminən 30%-ni əhatə edən silahsızlaşdırılmış zona yaradılır. Ukrayna və Rusiya Silahlı Qüvvələri bu zonadan kənara çəkiləcək.

Zaporojye və Xerson – cəbhə xətti mövcud təmas xətti boyunca dondurulur.

Rusiya qoşunlarının geri çəkilməsi – Rusiya təyin olunmuş beş bölgə xaricindəki bütün digər işğal olunmuş ərazilərdən geri çəkilməyə borcludur.

NATO – ABŞ xüsusi olaraq bildirir: alyans artıq genişlənmir və Ukraynanı dəvət etmir. Ukrayna ərazisində heç bir NATO kontingentinin yerləşdirilməsi qadağandır.

Ukrayna Ordusu – İcazə verilən limit 800.000 əsgərə qədərdir.

Təhlükəsizlik – Ukrayna NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlər alır, lakin onlar hüquqi cəhətdən məcburi deyil.

Seçkilər – Saziş imzalandıqdan sonra “mümkün qədər tez” keçirilməsi tələb olunur.

Zaporojye Atom Elektrik Stansiyası – Stansiya Amerika operatorunun idarəçiliyi altında yenidən işə salınır. Ukrayna enerjisinin 50%-ni alacaq.

AB – Plan Ukraynanın 1 yanvar 2027-ci ildə AB-yə qoşulmasını nəzərdə tutur.

Rusiya aktivləri –  ABŞ onların dondurulmasını qismən ləğv etmək istəyir. Pulun bir hissəsi Ukraynanın bərpası üçün istifadə olunacaq, bir hissəsi isə ABŞ-Rusiya layihələrinə yönəldilə bilər.

 

Sədrəddin Əhmədov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Köməkçimi işdən çıxarmaq istəməzdim, ancaq xalqımı üstün tutdum” – Pezeşkian

redaktor

Ukraynalı zabit Su-27 ilə Rusiyaya qaçdı.

admin

Moldova prezidenti məhkəməyə verildi

redaktor