Günün xəbərinə keçməmişdən öncə, sözügedən xəbərin önəmini bilməyimiz üçün bir neçə vacib məqama toxunmaq lazımdır.
Trampın ikinci prezidentlik dönəmində Ağ Evdə yerlibazlıq çiçəklənir. Dövlətin ən yüksək vəzifələrinə təyinatlarda Florida ştatından olan insanlara üstünlük verilir. Ümumiyyətlə son illər ərzində Florida ştatı respublikaçıların “qala”sına, qərargahına çevrilib, Trampın Mar-a-Laqodaki rezidensiyası da məhz Florida ştatındadır. Florida əhalisinin respublikaçılara və şəxsən Trampa dəstəyi mübahisə predmeti olmamışdı və 2024-cü ildəki prezident seçkilərində Tramp Floridada 13% səs fərqilə qazanmışdı.
İndi isə keçək ABŞ-daki gündəm xəbərə
Florida ştatının Mayami şəhərində mer vəzifəsinə seçkilər keçirildi və demokrat namizəd Eylen Higgins gerçəkdən inanılmaz fərqlə qələbə qazandı, 19%!
Xanım Higgins son 30(!!!) ildə Mayaminin ilk demokrat meri oldu. Məncə əlavə şərhə ehtiyac yoxdur.
Əgər respublikaçıları “qalası”nda belə ciddi məğlubiyyət yaşanırsa, deməli Trampın və respublikaçıların ölkə üzrə dəstəyi çox ciddi çat verir və belə davam etsə 2026-cı ildəki Konqresə ara seçkilərdə ABŞ-ı “göy dalğa”(“göy dalğa” demokratların böyük üstünlüklə qələbəsinə deyilir) yox, “göy sunami” gözləyir.
