Cəmiyyətİdman

Rafael Ağayevin başına and içmək lazımdır.

5 dəfə dünya, 11 dəfə Avropa çempionu olan karate ustası Rafael Ağayev (1985) canlı əfsanədir. İlham Əliyev onu “Şöhrət” (2015) və 2-ci dərəcəli “Vətənə xidmətə görə” (2021) ordenləri ilə təltif edib. Məntiqlə Rəfael Ağayevin Azərbaycanda elə bir problemi olmamalıdır…

Təəssüf ki, Rəfael bəy işsiz-gücsüz qalıb. Üstəlik, idman bürokratları ona qarşı anti-insani kampaniya aparır. Rəfael bəyi niyə sevmirlər? Çünki o, düz adamdır. Düz adamlara isə Azərbaycanda cəhənnəm həyatı yaşadırlar. Sistem elə qurulub ki, hətta canlı əfsanə hesab olunan kəsi belə tapdalayıb keçməyə çalışırlar.

Rafael Ağayevin başına and içmək lazımdır. Azərbaycanda isə onun başını əzməyə çalışırlar. Niyə? Çünki o, başını dik tutub gəzən adamdır. Bunlar isə hesab edilər ki, Azərbaycanda öz şəxsiyyətinə hörmət edən bir kişi də olmamalıdır. Azərbaycan iqtidarına öz qüruruna sığınaraq yaşayan şəxsiyyətlər yox, palaz kimi ayaq altına sərilməyə hazır olan gədələr lazımdır. Mahiyyətə varanda adam dəhşətə gəlir…

Rafael Ağayevin üzləşdiyi reallıq Azərbaycanda mənəvi-əxlaqi dəyərlərin nə qədər tənəzzülə uğramasını gözlər önünə sərir. Bu millətin dəyərləri heç vaxt payız yarpaqları kimi yerlə sürünməmişdir…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Üzərlik yandırıb kranla obyektin başına çevirdi – VİDEO

redaktor

“Harrogate Advertiser”: Rəqs beyin fəaliyyətini artırır

redaktor

Əli Mirəliyev öldürülən müğənnini canlı efirdə təhqir etdi – Video

redaktor