Xalq Cəbhəsinin sədri Əli Kərimlinin həbsi, Milli Şuranın rəhbər heyətində təmsil olunan Gültəkin Hacıbəylinin Türkiyədə saxlanılması ilə bağlı “ümummilli” böhtan kampaniyasını müşahidə etdikcə adam dəhşətə gəlir. Sən demə 37 bizdən heç də uzaq deyilmiş, sən demə 37 bizim içimizdə imiş. Nə qədər qana, insan talelərinin məhv edilməsinə susayan adamlar varmış. Bunlar köhnə palan içi tökməklə hətta NKVD donosçularını da ötüblər, bunlar növbəsiz uzədurmaq üçün hazır hal şahidləri cildinə girməklə hətta DTX-nı da kölgədə qoyublar.
Əli Kərimlinin həbsi Azərbaycan cəmiyyətinin bütün paxırını açdı, çoxlarının hələ NKVD çuxasını ehtiyatda saxladığını ortaya qoydu. Biri ekrandan iddia edir ki, Kərimli heç rus dilini də bilmir, digər bir illik müharibə, hərbi əməliyyatlar dövründə KGB arxivinin açılmamasının hesabını sorur. Yaxşı, o bir ildən sonra Əliyevlər 32 ildir hakimiyyətdədir. Niyə tələb etmirsiniz KGB arxivinin açılmasını. Ən qabaqcıl pribaltika respublikalarından Estonya KGB arxivini 2009-da, Litva və Latviya isə 2011 və 2014-cü ildə açdılar arxivləri.
Bir başqası deyir ki, Əli Kərimli gündüz müxalifətçilik edir, axşam gedib Ramiz Mehdiyevlə görüşürmüş. Daha birisi iddia edir ki, Əli Kərimli Ramiz Mehdiyevdə bir binada yaşayırmış. Üçüncü birisi hətta Əli Kərimlinin İranla əlaqələrin “üzə çıxarır”. Dörüdüncüsü iddia edir ki, Xalq Cəbhəsində Əli Kərimlinin müavinləri gedib izahat verməlidir. Nəyin izahatın verəcəklər? Bəlkə Əli bəy prezident aparatından, təhlükəsizlik və polis nazirliklərindən paket alıb onu ədalətli bölməyib?
13-cü birisi deyir ki, guya Baş Nazir Tetçerin Əbülfəz bəyə verdiyi 30 milyon dollar pulun 2 milyonun Əli Kərimli daldalayıb London banklarına gösnərib. Baron Münhazen sağ olsaydı beləsinin uydurma qabiliyyətinə həsəd aparardı. 16-cı birisi deyir ikimizdə bir təşkilatda idik, necə oldu Kərimli Parlamentə getdi, o, isə həbsə. Prosesə gec qoşulan 21-ci bir deputat bəyan edib ki, Ramiz Mehdiyev öz ətrafına tapşırıq verib ki, prezident seçkisində İlham Əliyevə səs verməsinlər. Adamdan soruşarlar bunu bilib vaxtında niyə deməmisən?
Daha sonrasın demir ki, həbsdən çıxandan sonra Məclis seçkilərində Əli Kərimliyə mane olmaq çoxlarına təklif edilsə də, yalnız o, Ramiz Mehdiyevin xeyir-duası ilə “qızıl alternativ” rolunu oyandı. Sonra seçkilərdə öz altenativini pulla əla əlmaq barədə səs yazısı yayıldığı üçün seçkildən uzaqlaşdırıldı. Və indi belə birisi Əli Kərimlini sorğulayır. Seçki saxtakarlığına görə Avropa İnsan Haqları Məhkəməsi nin qərarı ilə Azərbaycan hakimiyyəti Əli Kərimliyə ya 30 min, ya da 35 min avro cərimə ödəyib.
Bu gün ölkədə mandata gedən yol Əli Kərimlini söyməkdən, ona şər atmaqdan, şəbədə uydurmaqdan keçir. Bu haray-həşir də, NKVD-nin öncədən hal şahidi cildinə girmək də o babətdəndir. Böyük Sabir demiş:
Qaç, оğlan! Qaç, at basdı! Millət gəlir!
Ötüşdən çıxan bir cəmaət gəlir!
Еdib cümlə əqvamə səbqət, gəlir!
Vеrib hər kəsə dərsi-ibrət, gəlir!
Qaç, оğlan! Qaç, at basdı! Millət gəlir!
Çəkil, yоl vеr, at bağrı çatlatmışıq,
Vurub yıxmışıq, tutmuşuq, atmışıq,
Çapıb qоvmuşuq, qan-tərə batmışıq,
Yığıb milləti bir yеrə qatmışıq,
Müsavat, ədalət, üxüvvət gəlir!
Qaç, оğlan! Qaç, at basdı! Millət gəlir!
Xalq Cəbhəsinin bütün fəaliyyəti Milli Təhlükəsizlik nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin total nəzarətində olub. Dəfərlə təşkilatın daxilində çevriliş edib Kərimlini uzaqlaşdırmağa cəhd ediblər. Bu qədər yalanı siz necə danışırsınız. Ekranda danışıarkən öz sifətinizi görməsəniz də, millət sizin sifətinizi görür axı. 20 ildir Əli Kərimlinin xarici pasportu 1994-cü ildə açılmış saxta bir cinayət işi ilə əlindən alınıb. 20 ildir Əli Kərimlinin binasında mənzil kirayələyib onu güdürlər. 20 ildir mərkəzi küçədə yerləşməsə də Əli Kərimlinin yaşadığı binanın qarşısına çoxprofilli kameralar quraşdırılıb. O, Ramiz Mehdiyevlə necə görüşdükü bu güdükçülərin, bu kameraların xəbəri olmadı. Əli Kərimli evindən çıxandan təhlükəsizlik orqanlarının 2-3 maşını onu getdiyi yerə qədər müşayiət ediblər. Hətta bir vaxtlar jurnalistlər bunu addım-addım çəkib əyani şəkildə ifşa etmişdilər.
Əli Kərimli Ramiz Mehdiyevin olmayan və ya ona məxsusluğu heç nə ilə təsdiqlənməyən bir nimdaş məktubu əsasında tutulub. Guya Ramiz Mehdiyevlə əl-ələ verib dövlət çevrilişi edəcəkmiş Xalq Cəbhəsi ilə paralel olaraq Milli Şura haqqında şər-böhtan, yalan-yalış danışırlar. Hələ Ziyalı Forumu fəaliyyətə başlayanda bütün fəaliyyətimiz MTN və DİN tərəfindən nəzarətə götürülüb. Getdiyimiz kafe və restoranlarda izlənmişik. Milli Şura yaranda xarici diplomatlarla görüşlərin belə səs yazısı qeydə alınıb və bəziləri hətta ifşa da olunub.
Milli Şuranın yaranması elə də uzaq dövrün tarixi deyil. Əgər həmin dövrün qəzetlərinə diqqət yetirlsə hər şey mətbuatın səhifələrində var. Ümumiyyətlə Milli Şura yaradılandan – 2013-cü ilin iyun ayından ta 2016-cı ilin mart ayında böyük qardaşı Maqsud İbrahimbəyovun dəfninə qədər Rüstəm İbrahimbəyov Bakıda olmayıb.Milli Şura ilə bağlı danışdıqlarınız uydurmadır. Milli Şuraya qarşı ilk çıxış edən Ramiz Mehdiyev olub, Əli Həsənov və digər rəəsmi şəxaslər olub. Hakimiyyətin nəzarətində olan mətbuat, ali məktəblər, hökumət yanlısı olan təşkilatlar məhz Mehdiyev tərəfindən Milli Şuraya, ondan əvvəl Ziyalı Forumuna qarşı səfərbər olunub.
2007-ci ilin iyun ayında oğlum Vüqar avtomobiz qəzasında həyatını itirəndə Bakı Şəhər İcra hakimiyyəti onun Qurd Qapısı məzarlığında dəfn olunmasına razılıq vermişdi. Bu işə baxan adam bizi aparıb məzar yerin göstərəndə əl telefonuna zəng gəldi. Çəkilib bir tərəfə danışdı və pözrtmüş halda bildirdi ki, prezident aparatındanəng edib burada dəfn olunmağa razılıq vermədilər. Ramiz Mehdiyev bundan artıq daha hansı pisliyi etməli idi mənə. İndi siz nə üzlə Milli Şuranı Ramiz Mehdiyevə bağlamaq istəyirsiniz?
Bütün fəaliyyəti ərzində Milli Şuranın rəhbərliyində təmsil olunanlar təhlükəsizlik orqanları tərəfindən total nəzarətə götürülüb. Yaxşı xatırlayıram: biz rayonlara gedəndə Bakıdan MTN-nin maşını ardımızca düşür, Əli Bayramlıda şəhər MTN-nin şöbəsinə təhvil verir, şöbədə qarşıdakı rayona qədər müşayiət edib növbəti şöbəyə verirdi. Hətta bir yol kənarında bir çayxanada bir stəkan çay içmək istəyəndə, əvvəlcə sifarişi qəbul edən çayxana-kafe işçiləri birdən-birə kafeni açıq qoyub qaçırdılar. Biz belə şəraitdə fəaliyyət göstərmişik.
Bütün telefonlarımız dinlənilib, Pegasuz proqramı ilə izlənilib, getdiyimiz hər hansı görüşə təhlükəsizlik orqanlarının işçiləri bizdən öncə gediblər. Mən bir müddət Nabatat bağında gəzirdim. Elə bilirdilər mən ora kiminləsə gizli görüşü gedirəm. Bağda bir tanış rast gələndə 2-3 dəqiqə dayanıb hal-əhval tutanda müxtəlif istiqamətlərdən gizli şəklimizi çəkirdilər. Bir dəfə belə hadisə ora gəzməyə gələn rəhmətlik Heydər Bünyadovla (Ziya müəllimin oğlu) ayaq saxlayıb görüşəndə də olmuşdu. Kol-kosun içərisindən gizli şəklimizi çəkmişdilər. Hətta bunu Heydər də görmüşdü.
Bizim bütün görüşlərin, toplantıların, sessiyaların stenoqramları elə həmin gün MTN-də olurdu. Bu istintaqı aparanlar axtarsalar arxivlərində onları taparlar. Dağa-daşa düşməyə, əfsanələr uydurmağa ehtiyac yoxdur. Bax bu qədər çıxış edənlər, böhtan əyirənlər, şər qarışdıranlar niyə soruşmur aki, Rusiya prezidenti Putini dünyanın bir nömrəli siyasətçisi adlandıran İlham Əliyev, hər kvartal Azərbaycandakı rus məktəblərinin hesabatını Putinə verən İlham Əliyev, Ukraynaya hücumdan 2 gün əvvəl Rusiya ilə hələ bu gün də qüvvədə olan İttifaq Bəyannəmisin imzalayan İlham Əliyev, bir il əvvəl Narişkinlə sistemdən kənar (yəni Xalq Cəbhəsi və Milli Şuraya qarşı) hesab etdikləri Azərbaycan müxalifətinə qarşı birgə mübarizə aparmağa razılıq verən İlham Əliyev, ölkəni Ramiiz Mehdiyevin idarəçiliyinə verən İlham Əliyev olduğu halda, sən demə Mehdiyev üzərindən Rusiya vasitəsi ilə “dövlət çevrilişi” etmək istəyən Əli Kərimli, Gültəkin Hacıbəyli imiş.
Rusiyadan orden medalları alan özləri, amma günahkar Əli Kərimli və Gültəkin Hacıbəyli. Görünür vaxtı ilə Universitetin hüquq fakültəsinə dərs deyən Mustafa müəllim Güliyev bunlara yaxşı məntiq dərsi deməyib.
P.S. Amma tanınmış vəkil Namizəd Səfərov Mustafa Güliyevdən əla qiymət almışdı. Onu da məntiqi yaxşı bildiyinə görə həbs ediblər.
