16 C
Bakı
30 Oktyabr 2026 03:36
DünyaGündəmSiyasət

Niyə Tramp Zelenskiyə qəzəblidir?

Atəşkəs müqaviləsinin bağlanması üzrə danışıqların növbəti raundu bir neçə bənddə dalana dirənib və Tramp “isterikaya” düşüb

Ukrayna, USQ-nın Donbasdan çıxarılması müqabilində atəşkəsə razılaşmağı nəzərdə tutan Tramp-Putin planına razılaşmır.

Zelenski bu məsələdə açıq və net mövqe ortaya qoyub:”Ukraynanın ölkə Konstitusiyasına, beynəlxalq hüquqa və ya mənəvi qanuna əsasən öz ərazilərindən imtina etmək hüququ yoxdur”.

Niyə Tramp qəzəblidir və məyusdur?

Məhz Avropanın dəstəyi sayəsində Zelenski Trampın “USQ-nın Donbasdan çəkilmək” təzyiqinə qarşı müqavimət göstərir. Bu dəstəyin vizual görüntüsü də son dərəcədə vacib siyasi-diplomatik məqamdır. Bu nə deməkdir? Tramp görür ki, bütün Qərb televiziya kanallarında Zelenski Avropa liderləri ilə birlikdə göstərilir və ərazi təsliminin qəbuledilməz olduğu barədə bəyanatlar verilir. Təbii ki bu faktor ictimai rəyi formalaşdırır və bu rəy heç də Trampın lehinə deyil.

Məhz bu dəstək Tramp-Putin planını pozur. Təbii ki, Trampın qıcığı pik həddədir və bu səbəbdən də Tramp ABŞ-ın daxilində Avropaya qarşı “fas” komandası verib. İlon Mask, Stiv Bennon, Flinn, Rubionun müavini Kristofer Landau və digərləri, Medvedev, Duqinlə birləşərək ən sərt şəkildə Avropaya qarşı tənqid sunamisini qaldırıblar.

Başqa sözlərlə Tramp artıq təzyiqləri Ukraynaya yox Avropaya etməyə çalışır.

Avropa liderləri isə Trampın üzünə gülərək, “böyük lider” adlandıraraq, “dahiliyini” vurğulayaraq öz işlərini görürlər, silahlanırlar…

Kamran Cəfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Ankara sammitinə getmədi

redaktor

Türk ailəsində bu qədər küsülü qalmaq olarmı?

redaktor

Avropada İranın dini-siyasi təsir şəbəkələri – V hissə

redaktor