Cəmiyyət

Kasıbla varlının FƏRQİ…

Deputat deyir ki, qazın qiymətinin baha olmasının kasıblara ziyanı yoxdur, çünki onlarda kombi yoxdur.
Kasıbın dərisi ayı dərisidir ?
Kasıbın 5 sm. dərialtı piyi var ?
Kasıbın bədən hərarəti 36,5 dərəcə yox, 16,5 dir ?
Kasıbın balası doğulanda əynində şuba ilə doğulur ?

3 balaca otaqlı evdə kombi ilə hərarətin +18 dərəcə olması üçün, havanın çöldəki hərarətindən, evdə bişirilən yeməklərin bişirilməsindən aslı olaraq gündə 8 -10 kub qaz işlədilir. ( varlı yeyən quzu əti yarım saata bişir, kasıb yeyən sümüklü, damarlı mal əti 4 saata bişir…
Limitnən satılan qazın qiyməti ilin axırında
1 kub. üçün 26.55 qəpikdir. Limit quzu əti bişirməklə hesablanıb…

Aşağıda dekabrın 5 də 20 manata aldığım qazın qəbzini təqdim edirəm…
Dəfələrlə yazmışam ki, dünya miqyasında sərbəst satılan qaza limit qoymaq Azərbaycan əhalisinin kanstitusya hüququnu pozmaqdır. Bu limit tətbiqi yox, xalqı baha qiymətə qaz almağa məcbur etməkdir. İşıq və su da həmçinin. Məcbur etmə isə cinayətdir !
Azərbaycan dünyaya qaz satan, taxılı isə alan ölkədir, bu minvalla çörəyə belə limit tətbiq etmək daha doğru görsənərdi…
Azərbaycanın heç bir nəzarət qurumu, bunu görə bilmir ?
Milli Məclis kəndə tikilə biləcək tövləni nəzarətə vermək haqqında qərar çıxarda bilir, amma bir dəfə də olsun xalqın həyatını yaxşılaşdıra biləcək bir qərar çıxaqmaq qabiliyyətində deyil ?

 

Sabit Xəlilov

Tacxeber.com

Oxşar xəbərlər

Zakir Qaralovun qalmaqallı əmisi qızına yenə də vəzifə verildi

admin

Neftçalada balıqçılar etiraz aksiyası keçirib

redaktor

“Ayaqqabı dərisində istifadə edilən sarı boya vurulur” – Mütəxəssisdən bazarlarda satılan toyuqlarla bağlı XƏBƏRDARLIQ

admin