Məhsəti Gəncəvi 12- ci əsrdə yaşayıb. Azərbaycanlı şairədir, rübailəri ilə məşhurdur.
Onun haqqında filmin müzakirəsi gedir və Məhsətinin təəssübünü çəkənlər “Azərbaycan qadınını bu biçimdə təqdim etmək olmaz” deyərək onun təəssübü üçün qan axıtmağa hazır kimi görükürlər.
Məhsəti 12- ci əsrdə yaşayıb və onun təəssübünü çəkənlərin bu qədər sıxlığı adamı riqqətə gətirir.
İndi 21- ci əsrdir. Şərlənərək Azərbaycan həbsxanalarına doldurulan gənc azərbaycanlı qızların təəssübünü çəkməkdən qorxmayan bu qədər adam olsaydı… yarısı qədər olsaydı…
Baxtsız və vaxtsız vəfat edən Şamaxılı şair
Qismətin bir bənd şeiri yadıma düşür:
“Dünyanın ən yazıq şairləridir
20- ci əsrin şairləri.
Nəsiminin dərisi soyulan Hələbə
İnsanlığın dərsi verilən Hələbə
Şeir qoşarlar-
20- ci əsrin cavanları
Yanıq Kərəm üstə oynadıqları kimi”.
İndi 21- ci əsrdir. Qismət 21- ci əsri görə bilmədi.
21- ci əsrin adamları 21- ci əsrin gənclərini güdaza verib 12- ci əsrin təəssübünü çəkirlər.
Sübhanəkə ya Rəbb!
