23.2 C
Bakı
15 İyun 2026 14:04
DünyaSiyasət

Avropa Rusiya ilə müharibəyə hazırlaşır – Orban

Avropa Rusiya ilə silahlı münaqişəyə hazırlaşır və hərbi iqtisadiyyat qurur.

Bunu Macarıstanın Baş naziri Viktor Orban bəyan edib.
“Avropa İttifaqının rəsmi mövqeyi bundan ibarətdir ki, 2030-cu ilə qədər Aİ müharibəyə hazır olmalıdır. Onlar hərbi iqtisadiyyat qururlar”, – Orban deyib.
Onun sözlərinə görə, Aİ ölkələri avtomobil istehsalını silah və zirehli texnika buraxılmasına yönəldirlər:
“Hərbi ekspansiyanın dörd mərhələsi var. Birinci – diplomatik münasibətlərin kəsilməsi. Bu artıq baş verib. İkinci – iqtisadi sanksiyaların tətbiqi və əməkdaşlığın dayandırılması. Bunu da keçmişik. Üçüncü – çağırışın tətbiqi və hərbi iqtisadiyyata keçid. Hazırda biz də, Brüssel də bu mərhələdədir. Dördüncü mərhələ isə artıq toqquşma mərhələsidir”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rus qoşunları hücuma keçdi, 264 hərbçisini itirdi

admin

İsrail Suriyaya zərbələr endirdi

redaktor

Rusiyada səmada peyda olan sarı işıq sakinləri qorxutdu: Nüvə hücumu zənn etdilər – VİDEO

admin