13 C
Bakı
22 Aprel 2026 12:04
DünyaSiyasət

ABŞ faktiki olaraq Avropaya siyasi müstəvidə müharibə elan edib

ABŞ-da “Milli Təhlükəsizlik Strategiyası”(The National Security Strategy) adlı sənəd mövcuddur, bu, ABŞ Prezidenti tərəfindən bir neçə ildən bir Konqres üçün hazırlanan sənəddir. Bu sənəddə ABŞ-ın milli təhlükəsizliyi sahəsində əsas problemlər və onların həlli yolları izah edilir.

Tramp administrasiyası yeni “Milli Təhlükəsizlik Strategiyası”nı dərc edib.

ABŞ-ın prioriteti: Ukraynada hərbi əməliyyatların təcili dayandırılması ilə bağlı danışıqlar aparmaq, Avropada vəziyyəti sabitləşdirmək, eskalasiyanın qarşısını almaq, Rusiya ilə münasibətlərdə sabitliyi bərpa etmək və Ukraynanın müharibədən sonrakı mövcudluğunu təmin etmək.

Ən əsas məqam isə budur

Mask və Cey Di Vensin Avropada ultra-sağ, f*şist və rusyönlü partiyaları dəstəkləmək barədə ideyaları (yenilənmiş strategiyada onlar “vətənpərvər” adlandırılır) artıq ABŞ-ın rəsmi siyasətinə çevrilib, “Milli Təhlükəsizlik Strategiyası”ndan sitat: “ABŞ Avropanın hazırkı siyasi kursuna zidd olan vətənpərvər hərəkatları təşviq edəcək və dəstəkləyəcək.”

Bu strategiyanın ortaya qoyulması ilə Tramp, ABŞ sağ və ultra-sağı faktiki olaraq Avropa Birliyinə siyasi savaş elan etdi.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Estoniya Prezidenti Azərbaycan və Ermənistana çağırış edib

redaktor

ŞOK: ABŞ-nin Zelenskiyə qarşı casusluq etdiyi ortaya çıxıb

redaktor

İsrail – İran müharibəsi zamanı İsrail Havadan Müdafiə Sistemi ilə bağlı bəzi rəqəmlər

admin