10 C
Bakı
23 Aprel 2026 04:47
CəmiyyətGündəmŞikayət

Xətai klinikası həkimlərin ödənişini vermir?

Tacxeber.com xəbər verir ki,bu barədə Modern.az-a məlumat verən həkimlərin sözlərinə görə, problemin həll olunması üçün dəfələrlə klinikanın direktoru Fərid Əliyevə müraciət ediblər. Amma direktor həmin müraciətlərə əhəmiyyət verməyib.

Modern.az məsələni araşdırmaq üçün öncə Xətai Estetik Klinikasının direktoru Fərid Əliyevlə əlaqə saxlamağa çalışıb. Lakin o, zənglərimizə cavab verməyib.

Klinikanın “qaynar xətti”nə etdiyimiz zəngə cavab verən əməkdaş isə “biz Reception olaraq əməkhaqqı məsələləri ilə bağlı məlumat verə bilmərik”, – deyib.

Qeyd edilib ki, pulların verilməsi rəhbərliyin səlahiyyətinə daxil olan məsələdir və bu barədə əlavə açıqlamaları yoxdur.

Klinikadan digər məsul şəxslərlə əlaqələndirilmək xahiş edilsə də, əməkdaşlar bundan yayınaraq, “bizə mesaj yazın, nömrəni göndərib yönləndirərik” deyiblər. Danışıq zamanı məsul şəslərin əlaqə nömrəsi istənilsə də, “verə bilmərik, hazırda məşğuluq” cavabı ilə telefonu söndürüblər.

Qeyd edək ki, ölkə mətbuatında Xətai Estetik Klinikası  Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov olduğu qeyd olunsada bu təkzib olunmayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Qızıma olan sevginin qarşısında ağlamağa haqqım yoxdur” – Qənirə Paşayevanın anası – VİDEO

redaktor

Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib

admin

Maşın nömrələrinə müdaxilə edən qazi həbs edildi

admin