22 C
Bakı
23 Oktyabr 2026 13:47
Cəmiyyət

Kişilərə 14 günlük ödənişli məzuniyyət

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 günlük ödənişli məzuniyyət verilməsi ilə bağlı qanunvericilikdə təklif edilən dəyişiklik doğru addımdır. Bu, ailə institutunun möhkəmlənməsi, valideyn məsuliyyətinin bölüşdürülməsi və ailədaxili harmoniyanın güclənməsi baxımından önəmlidir.

Hesab edirəm ki, bununla paralel olaraq ailə quranlara 3 günlük ödənişli məzuniyyət hüququnun verilməsi, valideynlərin məktəb tədbirlərində iştirakını təmin edən yarım günlük “sosial fasilə” imkanının verilməsi və bu qəbildən digər sosial dəstək mexanizmlərinin qanunvericilikdə əks olunması vacibdir. Çünki, bu cür humanist və sosial həssas qərarlar dövlət büdcəsinə faktiki olaraq əlavə maliyyə yükü yaratmır. Lakin insanlar üçün böyük motivasiya yaradır, onların həyatına rahatlıq gətirir və dövlət–vətəndaş münasibətində müsbət psixoloji effekt formalaşdırır.

Əgər bəzi sahələrdə görülməsi planlaşdırılan işlər əlavə maliyyə tələb etdiyi üçün icrası çətinləşirsə, o zaman heç olmasa maliyyə yükü yaratmayan istiqamətlərdə bu tip motivasiyaedici və ruhlandırıcı mexanizmlərin verilməsi məqsədəuyğundur. Çünki bəzən kiçik bir güzəşt və ya rahatlıq, böyük sosial nəticələr yarada bilir.

 

Eldəniz Əmirov

Tacxeber.com

Oxşar xəbərlər

“Mövqe transformasiyası” ideyasının memarı Fazil Mustafa — Emil Rasimoğlu yazır…

redaktor

Yaponiyanın demoqrafik faciəsi

redaktor

Güclü dövlət yalnız güclü və sağlam cəmiyyət üzərində qurula bilər

redaktor