Tramp administrasiyası daxilində Ukrayna mövzusunda fikir ayrılığı mövcuddur. Prezidentə yaxın olan bir qrup mühariibənin Rusiyanın xeyrinə həll edilməsini dəstəkləyir, digər qrup isə Ukraynaya dəstək və Rusiyaya sərt təzyiq xəttini müdafiə edir.
Dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi səfir Keyt Kelloq müharibəni bitirmək üçün Qərbin Rusiyaya təzyiqi və Ukraynaya dəstək olunmasının tərəfdarı kimi görünürlər.
Prezident Trampın Rusiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və ABŞ Ordusunun Katibi Den Driskoll isə nəyin bahısına olursa olsun, Ukraynaya təzyiq etməklə müharibənin dayandırılmasına tərəfdardırlar.
Bu qruplaşmalarda təmsil olunan yüksək çinli şəxslərin siyahısını uzatmaq da olar…
ABŞ prezidenti bu iki qüvvənin arasında qalıb, gah onların, gah da bunların fikri ilə razılaşır.
