Ukrayna prezidenti Pokrovskda və digər ərazilərdə ağır döyüşlərin davam etdiyini etiraf etdi. Lakin, məsələn, Kupyansk hələ də Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.
“Rusiya Kupyanskı ələ keçirdiyini desə də, demək olar ki, biz şəhəri işğalçılardan tamamilə təmizlədik”, – deyə Ukrayna prezidenti qeyd etdi.
Bu arada Peskov bildirib ki, Putin Pokrovsk və Vovçanskın ələ keçirilməsi barədə məlumatlandırılıb.
Uitkoffun gəlişindən əvvəl Gerasimov həmçinin ağasına “ruslar Zaporojye bölgəsindəki Qulyaipolye şəhərini azad etmək üçün əməliyyata başlayıblar” demişdi.
Hazırladı: Sədrəddin Əhmədov
Tacxeber.com
Bizimlə əlaqə: [email protected]
